MotivasiyaMəsləhətOxu zalıPsixologiya

Hər bir balaca mübarizə-irəliyə doğru atılmış bir addımdır

Sizin çapıqlarınız sizin gücünüzü simvolizə edir. Həyat tərəfindən sizə vurulmuş çətin yaralara görə heç vaxt utanmayın. Çapıqlar isə ağrının artıq olmadığı, yaranın isə sağaldığı anlamına gəlir. Bu o deməkdir ki, siz ağrıya qalib gəlmisiniz, bundan dərs almış və nəticədə irəli gedərək daha da güclü olmusunuz. Çapıqlar qələbənin dəri üzərində döyməsidir. Bu çapıqların sizi əsarətdə saxlamasına imkan verməyin. Onların sizi qorxu altında saxlamasına imkan verməyin. Onlara güc simvolu kimi baxmağa başlayın. Cəlaləddin Rumi bir dəfə demişdir: “Yaralarınızdan sizə nur daxil olur”. Bundan daha gözəl həqiqət ola bilməz. Əzab-əziyyətlərdən ən güclü qəlblər meydana gəlmişdir – bu dünyada yaşayan ən güclü şəxsiyyətlərin həyatı belə çapıqlarla doludur. Öz çapıqlarınıza bir şüar kimi baxın: “BƏLİ! MƏN BUNU ELƏMİŞƏM! Mən sağ qalmışam və bunu sübut etmək üçün çapıqlarım var! İndi isə daha da güclü olmaq üçün şansım var”.

Hər bir balaca mübarizə – irəliyə doğru atılmış bir addımdır. Həyatda səbr gözləməyə bərabər deyil; o, öz arzunuza çatmaq yolunda dayanmadan çalışmaqla yaxşı əhval-ruhiyyəni qorumağa bərabərdir. Məhz buna görə də, əgər cəhd etməyə hazırlaşırsınızsa, sonadək gedin. Əks halda başlamağın heç bir faydası yoxdur. Bu, müəyyən müddət ərzində stabilliyin və komfortun, hətta əsəblərin də itirilməsi demək ola bilər. Ola bilsin ki siz, bir neçə həftə boyunca adət etdiyiniz yeməklərdən yeməyəsiniz, adət etdiyiniz qədər yatmayasınız. Bu sizin komfort zonanızın dəyişməsi demək ola bilər. Bu bəzi əlaqələrin və sizə tanış olan çox şeylərin itirilməsi demək ola bilər. Bu sizə qarşı istehzaların da baş verə bilməsi ola bilər. Bu tənhalıq da ola bilər. Tənhalıq, yeri gəlmişkən, bəzi mümkün olmayan şeylərin həyata keçməsini mümkün edən bir hədiyyədir. Siz, sizə çox lazım olan bir azadlıq əldə edəcəksiniz. Yerdə qalanlar isə sizin, qarşınıza qoyduğunuz məqsədə nə qədər çox çatmaq istədiyinizi yoxlamaq üçün bir imtahan olacaqdır. Əgər istəsəniz, uğursuzluq və fərqli düşüncələrə baxmayaraq buna nail olacaqsınız. Hər addımla da özünüzü düşündüyünüzdən daha gümrah hiss edəcəksiniz. Anlayacaqsımız ki, mübarizə heç də yol üzərində bir maneə deyil, məhz yolun özüdür.

Başqalarının neqativ reaksiyası sizin probleminiz deyil. Pisliklərlə əhatələndiyiniz zaman özünüzdən əmin olun. Başqaları sizə qalib gəlməyə çalışarkən, siz gülümsəyin. Bu, öz həvəsinizi yüksək səviyyədə saxlamaq üçün ən asan yoldur. Digər insanlar sizin barənizdə pis sözlər danışmağa başlayanda yenə də siz özünüz olaraq qalmaqda davam edin. Başqalarının söhbətlərinin sizi dəyişdirməsinə heç vaxt rəvac verməyin. Nə qədər şəxsi görünsə belə, hər şeyi ürəyinizə ala bilməzsiniz. Düşünməyin ki insanlar nəyisə sizə görə edirlər. Onlar bunu özləri üçün edirlər. Hər şeydən öncə, heç vaxt sizi tərifləməyən birisinə gözəl təsir bağışlamaq xatirinə özünüzü dəyişdirməyin. Əgər sizi daha da inkişaf etdirərək işıqlı gələcəyə götürəcək bir amil varsa, o zaman öz xasiyyətinizi dəyişdirin. Sizin nə etməyinizdən, necə etməyinizdən asılı olmayaraq insanlar bunu müzakirə etməkdə davam edəcəklər. Digərlərinin fikirləri barədə deyil, özünüz barədə narahat olun. Bir şeyə inanırsınızsa, onun uğrunda mübarizə etməkdən çəkinməyin. Qeyri-mümkün bir şeyin üstələnməsindən böyük güc əldə etmək mümkündür.

Maraqlı.info

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!