MotivasiyaSağlamlıqSosialTəqdimat

“Həyatının memarı – Sən özünsən” adlı layihə çərçivəsində onlayn tədbir keçirilib

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin (AQUPDK) təşkilatçılığı, Səhiyyə Nazirliyinin və Təhsil Nazirliyinin dəstəyi ilə “Həyatının memarı-Sən özünsən” adlı layihə çərçivəsində təhsil müəssisələrində keçirilən maarifləndirmə tədbirlərinin davamı olaraq İsmayıllı Peşə Təhsil Mərkəzinin tələbələrinin və müəllim heyətinin iştirakı ilə növbəti onlayn tədbir təşkil olunub.

Komitədən Frame.az-a bildiriblər ki, tədbirdə AQUPDK-nın əməkdaşı Nailə İbrahimova “Sağlam həyat tərzi, yoxsa ziyanlı vərdişlər? Seçim sizindir” adlı təqdimatla çıxış edərək, gənclərin sağlam nəsil kimi formalaşdırılması istiqamətində qurum tərəfindən mütəmadi olaraq həyata keçirilən maarifləndirmə tədbirlərindən, sağlam həyat tərzinin vacibliyindən, insan sağlamlığına müsbət təsir edən amillərdən danışıb.

Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinın həkim-metodisti Ülkər Camalova “Zərərli vərdişlər və narkomaniya ilə mübarizə” adlı təqdimatla çıxış edib. O, ziyanlı vərdişlərin fəsadlarından və insan sağlamlığına göstərdiyi mənfi təsirlər barədə iştirakçılara geniş məlumat verib.

Tədbir müzakirələrlə davam edib.

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!