Frame LifeSosial

Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyasının vacib toplantısı keçirilib

11 Iyul 2017-ci il tarixdə Milli QHT Forumunun iclas zalında Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyasının vacib toplantısı keçirilib.

Məlumatı çatdıran Pasient Təşkilatları İttifaqının prezidenti, Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyasının icraçı direktoru Ayaz Hüseynov qeyd etmişdir ki, hal hazırda hemofilyalı insanların müalicəsində, xəstəliyin genetik yolla tam sağalmasında böyük imkanlar yaradılmışdır. Onun sözlərinə görə, beynəlxalq konfransda iştirak edən Avropanın qabaqcıl alim – genetiki prof. Flora Pevandi (İtaliya, Milan) hemofiliyanın gen terapiyası haqqında mühazirəsindən bildirmişdir ki, 2006-cı ildə İlk dəfə gen terapiyasının sınaqlarına başlanmışdır, lakin 2010-cu ildə ilk Hemofiya B diaqnozu ilə pasientdə gen terapiyası uğurla həyata keçmişdir.

Hemofiliya B diaqnozu ilə pasient gen terapiyasından əvvəl 1 ildə 15 dəfə qanaxmaya məruz qalırdısa, gen terapiyasından sonra qanda faktorun səviyyəsi 5% qalxmaqla 1 ildə 1 qanaxma ilə müşahidə olunub. Elmi tədqiqatlar nəticəsində 2016-cı ildə Hemofiliya B pasientində qanda faktor səviyyəsini 31% qədər qaldırmaq mümkün olmuşdur. Lakin faktor qara ciyərdə ifraz olduğuna görə, geni bu orqana nəql etmək üçün HİV virusunun qabığından istifadə olunur , bu da bir neçə fəsadlarla üzləşməkdə ehtimal olduğunu bildirdi. İkinci məsələ ilə bağlı müasir dərmanların təsiri altında qanın laxtalanma vaxtının uzadılma nailiyyəti haqqında danışıldı və sonuncu məsələ, hemofiliyalı insanların müalicəsində ən əhəmiyyətli problemlərindən biri hepatit C xəstəliyinin müasir və keyfiyyətli müalicəsindən bəhs edildi. Ayaz Hüseynov onuda bildirdi ki, Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyası Azərbaycan Hepatoloqlar və Qastroenteroloqlar Assoasiasiyası və sədri Gülnarə xanım Ağayeva ilə əməkdaşlığın başlanğıcından danışıb.

Müzakirələrdə Milli QHT Forumunun Səhiyyə və Sağlamlıq Mərkəzinin direktoru Ziba xanım Nəbiyeva Hepatit C və Hepatit B virusu ilə mübarizədə ictimai qurumların aktiv iştirakı haqqında və bu istiqamətdə Medikal Park, Liv Hospitalın Azərbaycan təmsilçisi Fəridə xanım Rəhimbəyova ilə birgə görülən işlər və gələcək planlar haqqında məlumat verilib. Məlumat və bilgilər iştirakçılar tərəfindən maraqla qarşılanıb.

Frame.az

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!