IqtisadiyyatSəyahətTurizmTəqdimat

Heydər Əliyev Beynəlxalq Aeroportu növbəti dəfə postsovet məkanının ən yaxşı aeroportu seçilmişdir

Heydər Əliyev Beynəlxalq Aeroportu ardıcıl olaraq ikinci il hava limanı sənayesi üçün ən nüfuzlu qiymətləndirmə olan “Skytrax World Airport Awards” mükafatına layiq görülmüşdür. “Skytrax” mükafatının təntənəli təqdimat mərasimi Stokholmda (İsveç) keçirilmişdir.

Azərbaycanın əsas hava limanı Rusiya və MDB ölkələrinin bütün aeroportları arasında göstərilən xidmət səviyyəsinə görə ən yaxşılar siyahısına yenidən başçılıq etmişdir. Bakının hava limanı artıq ikinci ildir ki, bu nominasiyada liderliyini qoruyur.

Bundan başqa, Heydər Əliyev Beynəlxalq Aeroportu hər il beş milyona kimi sərnişinə xidmət göstərən dünya aeroportları siyahısında üçüncü yeri tutmuşdur. Siyahıya London-Siti aeroportu başçılıq edir.

Daha bir nüfuzlu nominasiyanı Heydər Əliyev Beynəlxalq Aeroportunun yeni aerovağzal kompleksi (Terminal 1) almışdır. Belə ki, o, dünyanın ən yaxşı terminallarının onluğuna daxil olmuşdur. Bu reytinqin lideri Londonun Hitrou hava limanı (Terminal 2) olmuşdur.

“Skytrax” tərəfindən keçirilən və 550 hava limanı arasında sərnişinlərə xidmət və şəraiti qiymətləndirən hava limanlarının qlobal inspeksiyası dünya hava limanı sənayesi üçün keyfiyyət etalonu sayılır. İnspeksiya və mükafat hava limanının nəzarəti və müdaxiləsindən asılı deyil və buna görə də, hava limanının mükəmməllik və keyfiyyəti üzrə obyektiv göstəricidir. İnspeksiya dövründə “Skytrax” həmçinin 100 ölkədən 13,73 milyon sərnişin arasında sorğu keçirmişdir.

Frame.az

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!