AirnewsSağlamlıqSosialTəqdimat

Heydər Əliyev Beynəlxalq Aeroportunda humanitar aksiya keçirilib

Mayın 29-da Heydər Əliyev Beynəlxalq Aeroportunda “Azərbaycan Hava Yolları” (AZAL) və akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyinə həsr olunan birgə aksiyası keçirilmişdir.

Oftalmoloqlar, anestezioloqlar, həkim-rezidentlər, tibbbacıları və Mərkəzin texniki heyətindən ibarət səyyar briqada Bakı hava limanının işçilərini müayinə etmişdir.

Belə aksiyalar mütəmadi xarakter daşıyır və Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi altında səhiyyə sahəsində həyata keçirilən layihələrin tərkib hissəsidir.

Ən müasir tibbi avadanlıqlarla təchiz olunmuş akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin səyyar klinikası 2005-ci ildə yaradılmışdır. Mərkəzin səyyar klinikası ötən dövr ərzində ölkənin bir çox şəhər və rayonlarında vətəndaşların müayinə və müalicəsini həyata keçirmişdir. 26 mindən çox müayinə, 3000-ə yaxın xəstədə cərrahi əməliyyat icra olunmuşdur.

Frame.az

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!