Heydər Əliyev Mərkəzində tanınmış meksikalı heykəltəraş Xorxe Marinin sərgisi açıldı
Oktyabrın 28-də Heydər Əliyev Mərkəzində tanınmış meksikalı rəssam və heykəltəraş Xorxe Marinin (Jorge Marin) “Varlığın canlanması” (The Reconstruction of the Being) adlı fərdi sərgisinin açılışı oldu. Ekspozisiyada sənətkarın son illərdə yaratdığı monumental əsərlər nümayiş olunacaq. Sərgiyə biletlə giriş oktaybrın 29-dan etibarəndir.
Bu, Xorxe Marinin Şərqi Avropa regionunda ilk sərgisidir. “Varlığın canlanması” adlı sərgi bir-birindən fərqlənən üç hissədən ibarətdir: “İnsan cəmiyyətdə”, “İnsan kosmosda” və “İnsan bir cisim və şüur kimi”. Sərginin adı sənətkarın şəxsi inkişafını, “özü”nü parçalayıb və sonradan tamaşaçıların Xorxe Marinin Heydər Əliyev Mərkəzindəki bürünc heykəlləri ilə canlı ünsiyyəti nəticəsində yenidən yığılmasını əks etdirir.