Hirkan Milli Parkında baş verən yanğın lokallaşdırılıb

Hirkan Milli Parkının Astara rayonunu əhatə edən hissəsində yüksək dağlıq ərazidə baş vermiş yanğın lokallaşdırılıb.

Frame.az xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova bildirib.

Nazirliyin rəsmisi deyib: “Yerli qurumlardan aldığımız məlumata görə, yanğının dağlıq ərazidə baş verməsi, havanın küləkli olması onun söndürülməsində müəyyən çətinliklər yaratsa da, yanğının lokallaşdırılmasına nail olunub. Hazırda yanğının tam söndürülməsi və digər ərazilərə keçməsinin qarşısının alınması məqsədilə təxirəsalınmaz tədbirlər davam etdirilir”.

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloggers like this: