FashionFrame LifeTəqdimat

H&M-in Keyt Midlton ilə bağlılığı nədir?

Bildiyimiz kimi H&M brendi özünün o qədər də baha olmayan, lakin çox dəbli kolleksiyaları ilə məşhurdur. Brend həmçinin bir sıra məşhur dəb evləri ilə birlikdə geyim koleksiyaları da hazırlayır. Bu yaxınlarda İsveç brendi yeni kolleksiyası haqqında məlumat yayıb. Koleksiyanın təqdimatı noyabr ayına planlaşdırılır.

Bəs H&M-in əməkdaşlıq edəcəyi yeni dəb evi hansı brenddir?

Bu İngiltərə şahzadəsi Keyt Midltonun qarderobunda ən çox yer alan gül printli paltarların yaradıcısı Londonun məşhur dəb evi Erdem brendidir.

Dəb evinin rəhbəri və təsisçisi Erdem Moralioğlunun sözlərinə görə bu əməkdaşlıq onun üçün də bir yenilikdir. Çünki o heç vaxt kişi geyimləri dizayn etmiyib və bu işdə H&M-in dizaynerləri ilə birlikdə işləmək onun üçün böyük zövqdür.

Qeyd edək ki, kolleksiyanın reklam çarxını “Romeo və Julietta”, “Mulen Ruj ” və s. məşhur filmlərin rejissoru Baz Lurman çəkəcək.

Dəb sevərlər yeni kolleksiyanı noyabrın 2-dən etibarən əldə edə bilərlər.

Ülviyyə Ədalətqızı, fashion, Frame.az

 

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!