CinemaEventsTəqdimatƏyləncə

“Hozu Cangüdən” filminin qala gecəsi baş tutdu

Oktyabrın 31-i Park Cinema Flame Towers kinoteatrında “Hozu Cangüdən” filminin qala gecəsi keçirildi.

Gecədə filmin aktyor və yaradıcı heyəti jurnalistlərin qarşısına keçərək film haqqında açıqlama verib. Baş rollarını aktyor Məcid Hüseynov və aktrisa Kamilə Babayevanım paylaşdığı ekran əsərində əməkdar artist Elza Seyidcahan da rol alıb.

Aktyor M.Hüseynov filmlə bağlı fikirlərini bizimlə bölüşüb:

“Bu film hər kəs üçündür. Biz ümid edirik “Hozu Cangüdən” hər kəs də yaxşı xatirələr və ancaq təbəssüm yaradacaq. Hər kəsi noyabrın 1-dən Park Cinema-da “Hozu Cangüdən” filmini izləməyə dəvət edirik”

Tamaşaçılar filmi Park Cinema kinoteatrının Park Bulvar, Metro Park, Alov Qüllələri, Aygün Mall və Zagulba Mall filiallarında izləyə bilərlər.

Qeyd edək ki, hazırda Park Cinema kinoteatrlar şəbəkəsində hər gün saat 17:00-dək 50% endirim kampaniyası davam edir və “Hozu Cangüdən” filmini izləmək istəyənlər biletləri xüsusi endirimlə əldə edə bilərlər. Həmçinin hər həftənin çərşənbə axşamı günü Park Cinema-da bütün filmlər cəmi 3 AZN-dən. Biletləri parkcinema.az saytından əldə edə bilərsiniz.

 

 

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!