TəqdimatƏn SonƏn Son

İanə etmək istəyənlərin nəzərinə!

“Azərpoçt” MMC Türkiyədə baş vermiş zəlzələ ilə bağlı Türkiyə Daxili İşlər Nazirliyinin Təbii Fəlakət və Fövqəladə Hallar Agentliyinin (AFAD) təqdim etdiyi bank hesablarına pulköçürmələrinə xüsusi güzəşt tətbiq edir. Zərərçəkənlərə yardım məqsədilə göndərilən pul vəsaitlərindən “Azərpoçt” tərəfindən heç bir komissiya tutulmayacaq.

Yardım etmək istəyən şəxslər həftənin iş günləri saat 18:00-dək, qeyri-iş günləri isə saat 16:00-a qədər şəbəkə tipli mərkəzi poçt şöbələrinə və müştəri xidmətləri şöbələrinə yaxınlaşa bilərlər.

Qardaş Türkiyədə zəlzələdən xəsarət alanlara şəfa, dünyasını dəyişənlərə isə rəhmət diləyirik.

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!