EventsHandmadeŞəkillərSərgi

İçərişəhərdə gənc rəssamların əsərlərindən ibarət sərgi davam edir

“Arts Council Azerbaijan” təşkilatının təşəbbüsü ilə İçərişəhərdə yerləşən “Art Tover” qalereyasında açılan rəsm sərgisi davam edir.

Frame.az xəbər verir ki, “Start” layihəsi çərçivəsində gerçəkləşən müsabiqənin yekun sərgisi Mədəniyyət Nazirliyi, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi və Azərbaycan Gənclər Şəbəkəsinin dəstəyi ilə reallaşıb. Sərgini yerli sakinlərlə yanaşı, şəhərimizin qonağı olan turistlər də ziyarət edirlər.

Gənc və həvəskar rəssamların inkişafı üçün nəzərdə tutulan müsabiqə-sərginin

kuratoru Natalya Yarkovayadır. Sərgidə fırça ustalarının fərqli üslubda və texnikada işlənən sənət əsərləri- rəngkarlıq, qobelen və heykəltəraşlıq janrında olan əsərləri nümayiş edilir.

“Arts Council Azerbaijan” qeyri-hökumət təşkilatının bu sərgini təşkil etməkdə məqsədi gənc nəslin incəsənətə olan marağını daha da artırmaq, Azərbaycan rəssamlarını tanıyıb və tanıtdırmaqdır.

Sərgi yanvarın 10-dək ziyarətçilər üçün açıq qalacaq.

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!