EventsMusiqiOxu zalıTəqdimat

Beynəlxalq Muğam Mərkəzinin yeni layihəsi – “Qəzəllər”

Beynəlxalq Muğam Mərkəzində, Mərkəzin yeni – “Qəzəllər” layihəsi çərçivəsində, böyük Azərbaycan şairi və mütəfəkkiri İmadəddin  Nəsiminin qəzəlləri mövzusunda gözəl musiqi gecəsi keçirildi.
Konsertdə televiziya muğam müsabiqələrinin qalibləri – Elgiz Əliyev, Sədəf Budaqova və Qızılgül Babayevanın ifasında Nəsiminin qəzəllərindən ibarət “Rast” dəstgahı səsləndi.
Müşaiyət edirdi “Muğam” ansamblı: tarda Səxavət Məmmədov, kamançada Toğrul Orucov, qanunda Safura Məmmədova, balabanda Həsən Ağayev, nağarada Ağa Əliyev, udda Vasif Yusifli.
Tədbir qəzəlsevərlər üçün çox maraqlı keçdi  və gur alqışlarla qiymətləndirildi.
Beynəlxalq Muğam Mərkəzində konsertlər və möhtəşəm layihələr davam edir. Beynəlxalq Muğam Mərkəzində  “Qreqori Mareta” caz qrupunun (ABŞ) konserti keçiriləcək.

Biletləri  şəhərimizin kassalarında, ASAN xidmət mərkəzlərində və iticket.az saytında əldə etmək olar.

Frame.az

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!