İcbari tibbi sığorta çərçivəsində göndəriş vərəqələrinin verilməsi qaydası dəyişəcək

Yaxın günlərdə icbari tibbi sığorta çərçivəsində verilən göndəriş vərəqələrinin verilməsi qaydalarında bəzi dəyişikliklər olacaq. Yeni dəyişikliyə əsasən, müştərək maliyyələşmə ilə bağlı müddəalar qüvvəyə minənədək dövlət tibb müəssisələrində yalnız stasionar yatış üçün göndəriş vərəqəsi tələb olunacaq.

Bu fikirləri İcbari Tibbin Sığorta üzrə Dövlət Agentliyinin Göndərişlər şöbəsinin müdiri Arif Əkbərov “Əhalinin icbari tibbi sığorta haqqında maarifləndirməsində medianın və vətəndaş cəmiyyətinin rolu” mövzulu təlimdə çıxışı zamanı deyib.

O bildirib ki, hər hansı ambulator xidmət üçün göndəriş vərəqəsi tələb olunmayacaq: “Vətəndaşlar dövlət tibb müəssisəsində hansısa göndəriş vərəqəsi olmadan ambulator tibbi xidmət və müayinələrdən keçə biləcəklər. Stasionar xidmətə ehtiyac yarandıqda isə müayinə həkimi və ya ərazi üzrə ilkin səhiyyə xidməti göndərişi təmin edəcək və nəticədə, planlı yatış xidmətindən istifadə mümkün olacaq. Digər yenilik isə odur ki, vətəndaş özəl tibb müəssisəsinə müraciət etdikdə və ya onun təcili və təxirəsalınmaz tibbi xidmətə ehtiyacı olduqda agentliklə müqaviləsi olan tibb müəssisəsi qurumun e-poçt ünvanına sorğu göndərəcək və agentliyin əməkdaşları tərəfindən həmin xidmətlərin dövlət tibb müəssisəsində göstərilməməsi, xidmətlər zərfinə daxil olub olmaması araşdırılacaq. Xəstənin həqiqətən təcililiyinin əsaslandırılmış hesab etdiyi təqdirdə agentlik e-poçt vasitəsilə sorğunu cavablandıraraq icazə verəcək. Nəticədə, vətəndaş həmin xidmətdən ödənişsiz olaraq özəl tibb müəssisəsində yararlana biləcək. Lakin hər hansı planlı cərrahi əməliyyat və ya digər planlı tibbi xidmətlər üçün vətəndaş birbaşa olaraq özəl tibb müəssisəsinə müraciət etdikdə ona xidmətlər öz hesabına göstəriləcək”.

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloggers like this: