“İctimai nəzarət mexanizmlərinin təkmilləşdirilməsi vasitəsilə yoluxucu xəstəliklərlə mübarizə təşəbbüslərinin gücləndirilməsi” layihəsinin son mərhələsi başa çatıb

“İnkişafa Doğru Qadın Təşəbbüsü” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının yardımı ilə icra etdiyi “İctimai nəzarət mexanizmlərinin təkmilləşdirilməsi vasitəsilə yoluxucu xəstəliklərlə mübarizə təşəbbüslərinin gücləndirilməsi” layihəsinin son mərhələsini başa çatdırıb.

Bu barədə Frame.az-a məlumat verən təşkilatın sədri, layihə rəhbəri Ziba Nəbiyeva bildirib ki,layihənin sonuncu komponenti çərçivəsində “İctimai iştirakçılıq haqqında”Qanunun tətbiqi praktikası ilə bağlıaparılan tədqiqatların nəticələri media resurslar üzərindən araşdırılıb, ictimai iştirakçılığın əsas forması olan İctimai Şuraların səmərəli fəaliyyətinə mane olan faktorlar incələnib və əldə olunan məlumatlar, ekspertlərin rəyləri və layihə rəhbərinin şəxsi təcrübəsi əsasında qanunun təkmilləşdirilməsinə dair tövsiyələr hazırlanıb.“Qeyd etmək lazımdır ki, 1 iyun 2014-cü ildə qüvvəyə minmiş “İctimai iştirakçılıq haqqında”Qanun və bu qanunun tətbiqi barədə Prezidentin Fərmanı, Nazirlər Kabinetinin 2014-cü ildə qəbul etdiyi 171 və 172 saylı Qərarlarlatəsdiq edilmiş “İctimai şuranın vətəndaş cəmiyyəti institutları tərəfindən seçilməsinə dair Əsasnamə”və “Mərkəzi və yerli icra hakimiyyəti və yerli özünü idarəetmə orqanlarının hazırladıqları hüquqi aktların layihələrinə dair ictimai dinləmə və ictimai müzakirənin keçirilməsi Qaydası”ictimai iştirakçılıq üzrə münasibətləri tənzim edən əsas normativ hüquqi akt kimi çıxış edir. Bu qanun vətəndaşların dövlət işlərinin idarə olunmasında bilavasitə iştiraka cəlb edilməsi, mərkəzi və yerli icra hakimiyyəti və yerli özün üidarəetmə orqanlarının fəaliyyətinə ictimai nəzarətin həyata keçirilməsi, dövlət siyasətinin formalaşmasıvə qərarların qəbulu zamanı ictimai rəyin, vətəndaşların qanuni maraqlarının nəzərə alınmasına yönəlibdir.İctimai iştirakçılığın əsas prinsipləri qanunçuluq, könüllülük, şəffaflıq, plüralizm və bərabərlikdir”.

Qanunda ictimai iştirakçılığın aşağıdakı formaları nəzərdə tutulub:

ictimai şura – mərkəzi və yerli icra hakimiyyəti orqanlarının və yerli özünüidarəetmə orqanlarının yanında yaradılan məşvərətçi qurum;

ictimai müzakirə – ictimai əhəmiyyətli qərarların qəbulu zamanı müvafiq tərəflərin iştirakı ilə təşkil olunmuş yığıncaq;

ictimai dinləmə – hüquqi aktların layihələrinə, dövlət və cəmiyyət həyatının ayrı-ayrı məsələlərinə dair müvafiq tərəflərin iştirakı ilə təşkil olunmuş yığıncaq;

ictimai rəyin öyrənilməsi – əhalinin rəyinin öyrənilməsi məqsədi ilə sosioloji sorğuların və digər oxşar tədbirlərin keçirilməsi;

hüquqi aktların layihələrinin ictimai müzakirəsi;

yazılı məsləhətləşmə – hüquqi aktların layihələrinə dair vətəndaş cəmiyyəti institutlarının yazılı şəkildə rəylərinin öyrənilməsi.

Göstərilən ictimai iştirakçılıq növlərindən yalnız ictimai şuralar daimi fəaliyyət göstərən təsisatdır. Bütün digərləri isə zəruri hallarda tətbiq edilir.

Tədqiqatlar və müşahidələr mərkəzi və yerli icra hakimiyyəti və yerli özünüidarəetmə orqanları ilə ictimaiyyət arasında qarşılıqlı səmərəli fəaliyyətin təşkili, dövlət orqanlarının fəaliyyətində şəffaflığın təmin edilməsi, qərarların qəbulu zamanı ictimai rəyin nəzərə alınması məqsədi ilə yaradılan İctimai Şuraların fəaliyyətinin qənaətbəxş olmadığını göstərir. Qanunun praktiki tətbiqi zamanı ortaya çıxan ziddiyyətli məqamlar ictimai iştirakçılığın effektini azaldır və bəzən də bu iştirakçılığı formal bir prosesə çevirir. Qanun 2014-cü ildən qüvvəyə minsə də,“İctimai iştirakçılıq haqqında”Azərbaycan Respublikasının 2013-cü il 22 noyabr tarixli 816-IVQ nömrəli Qanununun tətbiqi barədə AR Prezidentinin Fərmanının 1.1.2. (Qanunun pozulmasına görə inzibati məsuliyyəti müəyyən edən qanun layihəsini hazırlayıb AR-nın Prezidentinə təqdim etmək) və 1.1.3. (Qanunun 1.0.1-ci maddəsinə uyğun olaraq fəaliyyətinə ictimai nəzarət ediləcək mərkəzi icra hakimiyyəti orqanları barədə təklifləri hazırlayıb AR-nın Prezidentinə təqdim etmək) bəndlərinin icrasıtəmin edilməmişdir.

Layihə rəhbəri Ziba Nəbiyeva qeyd edib ki,son illər ictimai nəzarətin gücləndirilməsi və idarəetmədə vətəndaşların iştirakı məsələlərirəsmi dövlət hakimiyyətinin fəaliyyətində əsas prioritet istiqamətlərdən birini təşkil edir. “Ölkə rəhbəriöz çıxışlarında dəfələrlə ictimai nəzarətin önəmliyini və hal-hazırda qənaətbəxş səviyyədə olmadığını söyləyib. Prezident ictimai nəzarət mexanizmlərinin işlənilməsi və hökumətin bu məsələ ilə bağlı təkliflərini təqdim etməsini də vurğulayıb. Nəzərinizə çatdırmaq istərdik ki,“İnkişafa Doğru Qadın Təşəbbüsü” İctimai Birliyi ictimai nəzarətin gücləndirilməsiylə bağlı çağırışlara dəstək olaraq “İctimai iştirakçılıq haqqında” Qanunun təkmilləşdirilməsi məqsədilə hazırladığı tövsiyələr İctimai Şuraların formalaşması – seçkilərin təşkili və keçirilməsi proseslərində şəffaflığın təmin edilməsi,seçkilər barədə verilənelanlara VCT-lərin əlçatanlığının asanlaşdırılması, İŞ üzvlərinin fəaliyyətinin təbliği və stimullaşdırılması, İctimai Şuranın səlahiyyət müddətinin artırılması, mərkəzi və yerli icra hakimiyyəti orqanı və onun yanında yaradılan məşvərətçi qurumun qarşılıqlı effektiv əməkdaşlıq münasibətlərini tənzimləyən işlək mexanizmlərin yaradılması, formal ictimai iştirakçılığın aradan qaldırılması istiqamətində təşəbbüsləri əhatə edib”.
Bildirilib ki, sonda təkliflər sənədi baxılması üçün Milli Məclisə təqdim olunacaq.

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloggers like this: