İdman Araşdırmalar Mərkəzi “İlin qalibləri-2021” layihəsinin icrasına başlayıb

İdman Araşdırmalar Mərkəzi (İAM) “İlin qalibləri-2021” layihəsinin icrasına başlayıb.

Frame.az xəbər verir ki, layihənin ilkin mərhələsində müxtəlif KİV-lərdə çalışan idman jurnalistləri (hər KİV-dən bir nəfər) arasında 7 nominasiya (“İlin idman xadimi”, “İlin idmançısı”, “İlin futbolçusu”, “İlin əcnəbi futbolçusu”, “İlin komandası”, “İlin məşqçisi” və “İlin idman yarışı”) üzrə sorğu keçiriləcək. Bu zaman jurnalistlər cavablarında təklif olunan namizədlərdən birini və ya özlərinin layiq bildikləri şəxsi göstərə bilərlər.

Yekunda ən çox səs toplayan namizəd Bakı Olimpiya Stadionunda idman ictimaiyyəti nümayəndələrinin iştirakı ilə “9 Qalib” adlı mərasimdə mükafatlandırılacaq. Tədbir zamanı İAM-ın xüsusi mükafatları da təqdim olunacaq.

Ardıcıl 9-cu il həyata keçirilən layihənin baş sponsoru “Azfar Group”, sponsoru Azərbaycanın ilk idman geyimi brendi “Il`Azero”, informasiya dəstəkçisi “Report”, təşkilati dəstəkçisi Bakı Olimpiya Stadionudur.

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloggers like this: