Baku 2017

İHİF ölkələrinin idmançıları oyunlarda yarışacaq

Azərbaycan İslam Həmrəyliyi Oyunlarının Əməliyyat Komitəsi (AİHOƏK) və İslam Həmrəyliyi İdman Federasiyası (İHİF) 12 və 22 may tarixləri arasında Bakıda keçiriləcək 4-cü İslam Həmrəyliyi Oyunlarında İHİF-in bütün 57 üzv ölkəsinin idmançılarının yarışacaqlarını elan edib.

Haqqında danışılan elan İHİF və AİHOƏK tərəfindən  bütün tərəflərlə əldə olunan razılaşmaya əsasən Küveyt idmançılarının İHİF –nın bayrağı altında Müstəqil İslam Həmrəyliyi oyunlarının idmançıları olaraq iştirak hüququnun əldə edilməsindən sonra diqqətə çatdırılır. Onlara lazımi səviyyədə xidmətin göstərilməsi üçün nümayəndə heyatinin rəhbəri də təyin olunacaq.

Razılığa əsasən Küveytdən olan idmançılar və məşqçilər İHİF tərəfindən akkreditasiyadan keçiriləcək və İHİF-in formalarını geyinəcək. İdmançılar tərəfindən qazanılacaq bütün medallar da İHİF bayrağı altında təqdim ediləcək. İHİF-in Baş Katibi H. E. Faysal Əbdüləziz Əl-Nassar bu elanla əlaqədar bildirib: “İslam Həmrəyliyi Oyunları birlik və sülh mesajını özündə birləşdirən çoxmillətli, multikultural, çoxnövlü idman tədbiridir. Əminik ki, islam dünyasının idmançılarını bir araya gətirəcək IV İslam Həmrəyliyi oyunları cəmiyyətin müxtəlif gəncləri arasında dostluq və sülh əlaqələrini daha da möhkəmləndirəcək.”

“Buna görə də, İHİF-in bütün 57 ölkəsindən olan idmançıların bu oyunlarda iştirak etməsi bizi çox sevindirir və bu nəticənin əldə olunmasında göstərdikləri köməyə görə bütün tərəflərə minnətdarlığımızı bildiririk.”

 Frame.az

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!