Baku 2017

Maskotlar Uşaqların Gözü İlə

16 aprel tarixində, İçərişəhərdə Bakı 2017 IV İslam Həmrəyliyi Oyunlarının rəsmi rəmzləri olan “İncə” və “Cəsur” maskot heykəllərinin rənglənməsinə həsr edilmiş böyük tədbir baş tutdu.

Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının qalib 6 gənc rəssamı Maskotların rənglənmə prosesinə cəlb olunmuşdular. Müsabiqədə Uşaq-Gənclər Rəsm Qalareyasının iki üzvü və Rəssamlıq Akademiyasının iki tələbəsinin dizaynı da qalib gəlib.

6-13 yaş arası uşaqlara, eləcə də Rəssamlıq Akademiyasının gənc rəssamlarına öz fərdi dizaynları ilə maskotlar yaratmaq imkanının verilməsi və tarixi tədbirin bir parçası olması Bakı 2017 İslam oyunları Əməliyyat Komitəsinin qarşıya qoyduğu əsas məqsədlərdən biri idi.

Maskot heykəllərinin bir cütü original rəngdə, və digər cütlük isə qalib gəlmiş dizayna uyğun rəngləndi.

Maskot heykəllərinin rənglənməsi tədbirinin əsas məqsədi şəhər əhalisini və turistləri bu tədbirə cəlb etmək və Bakı 2017 islam Həmrəyliyi Oyunları haqqında ictimai məlumatlılığı artırmaq idi. Tədbir zamanı interaktiv rəqəmsal müsabiqə də təşkil edilmişdi ki, burada da əsas məqsəd iştirakçılar mobil telefonlarına yüklənmiş proqramlarında gizlənmiş maskot şəkilləri toplamaq.  İlk 30 qalibə maskot oyuncaqları hədiyyə edildi (15 İncə və 15 Cəsur).

Yeri gəlmişkən, original rəngdə boyanmış Bakı 2017 dizayn maskotları şəhərimizin ən məşhur küçələrindən biri olan Nizami küçəsində yerləşdiriləcəkdir.  Digər, rəssamlıq Akademiyasının dizaynına əsasən rənglənmiş cütlük İçərişəhərdə, üçüncü- Uşaq-Gənclər Rəsm Qalareyası dizaynında rənglənmiş cütlük isə Bulvarda yerləşdirilərək, paytaxtımıza təşrif buyuran qonaqlara və ölkəmizin vətəndaşlarına Bakı-2017 Oyunlarının əhval ruhiyyəsini bəxş edəcək. Frame.az

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!