II Beynəlxalq “Türk dünyasının ortaq dili – naxışlar” simpoziumu
2017-ci ilin 22-24 may tarixlərində Azərbaycan Xalça Muzeyində “Ortaq qaynaqdan çeşidli yollar” mövzusunda II Beynəlxalq “Türk dünyasının ortaq dili – naxışlar” simpozium keçirilir. Simpozium Azərbaycan Respublikası Mədəniyyətvə Turizm Nazirliyi, Yunus Emre İnstitutu Bakı Türk Mədəniyyət Mərkəzi və Azərbaycan Xalça Muzeyinin təşkilatçılığı, Türkiyə Respublikasının Azərbaycandakı Səfirliyi, TÜRKPA (Türkdilli Ölkələrin Parlament Assambleyası), Türkiyə Respublikasının Azərbaycandakı Mədəniyyət və Tanıtma müşavirliyi, “Z Company 2007”, ATİB (Azərbayan Türkiyə İş Adamları Birliyi) və Azərbaycan Dillər Universitetinin dəstəyi ilə təşkil olunur.
Simpoziumda Azərbaycan, Gürcüstan, İran, İtaliya, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Rusiya, Serbiya, Türkiyə, Türkmənistan və Ukraynadan aparıcı tədqiqatçılar, kolleksiyaçılar, xalçaçı rəssamlar və bu sahə üzrə digər mütəxəssislər iştirak edirlər.
Məqsədimiz bu simpozium vasitəsilə türk xalqlarının ortaq mirası olan xalça naxışlarının araşdırılması sahəsində aparılan tədqiqat işlərini daha da zənginləşdirmək, xalqımızın öz milli-mədəni dəyərlərinə olan qayğı və diqqətini, bu sahədə olan biliklərini yüksəltməkdir.
Simpoziumun mövzusu istənilən tarixi dövrləri – bizim eradan əvvəl, İslam və digər tarixi dövrlərdən başlayaraq bu günümüzədək olan böyük bir zamanı əhatə edir. Akademik sessiyalarda türkdilli xalqların ortaq dili olan ornamentlərin semantikası və onların ümumi kökləri; türkdilli xalqların ortaq xalça mədəniyyətində yeralan naxışlarla bağlı terminlər və bu sahədə yaşanan problemlər; xalça sənətində istifadə edilən naxışların digər sənət növləri ilə əlaqəsi, qarşılıqlı təsiri və onların zənginləşdirməsi; naxışın xüsusi bədii dili; müasir dünya incəsənətindən axışların əhəmiyyəti və digər mövzularda məruzələr oxunacaq, müzakirələr və fikir mübadiləsi aparıldı.
Naxışların tipoloji təsnifatında ki, özəllikləri, coğrafi ərazi baxımından yayılması, bu maddi-mənəvi irsin qorunması və digər sahələrdə çalışan elmadamlarının məruzələri kitab şəklində nəşr ediləcək, kitabxanalara və iştirakçılara paylanılacaq.
II Beynəlxalq “Türkdünyasınınortaqdili – naxışlar” simpoziumu çərçivəsində D. Kara Çobanadına Milli Qaqauziya Tarix və Etnografiya Muzeyininin eksponatlarından ibarət sərgi keçirildi. Sərgidə qaqauz türklərinin böyük zövqlə hazırladıqları xalça, tikmə, milligeyim və digər dekorativ-tətbiqi sənət nümunələri nümayiş olunur. Frame.az