III MDB Oyunları üçün media akkreditasiya başladı
III MDB Oyunlarının Təşkilat Komitəsi Oyunları işıqlandırmaq üçün KİV nümayəndələrinin akkreditasiyası prosesinin başladığını elan etdi.
2025-ci il 22 may tarixindən etibarən MDB ölkələrindən və dəvət olunmuş dövlətlərdən olan KİV nümayəndələri akkreditasiya üçün müraciət edə bilərlər.
Akkreditasiya formasını III MDB Oyunlarının rəsmi saytında “Media Akkreditasiyası” bölməsində doldurmaq mümkündür: https://cisgames2025.com/az/media-akkreditasiyasi/
Akreditasiya zamanı aşağıdakı vacib məlumatlara diqqət yetirin:
• Onlayn akkreditasiya – Oyunlara akkreditasiya kartını əldə etmək üçün yeganə üsuldur.
• Gecikmiş və ya natamam ərizələr nəzərə alınmayacaq.
• Yalnız akkreditasiya olunmuş KİV nümayəndələri Oyunlar çərçivəsində Yarış məkanlarında və Media Mərkəzində jurnalist fəaliyyətini həyata keçirə bilərlər.
• Logistika və arenalar haqqında məlumatları əhatə edən media-kit növbəti mərhələdə akkreditasiya olunmuş jurnalistlərə təqdim olunacaq.
Akreditasiya prosesi ilə bağlı suallarınız və ya texniki dəstək üçün Media Akreditasiyası komandası ilə əlaqə saxlaya bilərsiniz:
media.accreditation@cisgames2025.az
III MDB Oyunları 28 sentyabr – 8 oktyabr 2025-ci il tarixlərində Azərbaycanın 7 şəhərində keçiriləcək.
Təşkilat Komitəsi bu böyük idman tədbirində KİV nümayəndələrini fəal iştirak etməyə dəvət edir.