İlahiyyat İnstitutu beynəlxalq əlaqələrini genişləndirir

Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) nümayəndələri ilə görüş keçirilib.

Aİİ-dən Frame.az-a bildirilib ki, görüş zamanı rektor Ceyhun Məmmədov ali təhsil müəssisəsinin fəaliyyəti haqqında məlumat verib. Tələbələrin şəxsi keyfiyyətlərinin, dil biliklərinin yüksək olmalarına, dini və dünyəvi biliklərə dərindən yiyələnmələrinə xüsusi önəm verildiyini vurğulayan rektor bildirib ki, onların bilikli, savadlı, zəngin dünyagörüşlü yetişmələri üçün müxtəlif layihələr həyata keçirilir. Belə layihələrdən biri də ali təhsil müəssisəsində əlavə ərəb və ingilis dillərindən kursların təşkil olunmasıdır. Eyni zamanda, BMqT tərəfindən ingilis dili kurslarının təşkil edilməsi tələbələrin dil biliklərinin gücləndirilməsinə töhfə verəcək.

Daha sonra təşkilat haqqında informasiya verən nümayəndələr BMqT-nin Bakı ofisi yarandıqdan sonra Azərbaycanda müxtəlif sahələrdə layihələrin uğurla icra olunduğundan söz açıblar. Qeyd edilib ki, BMqT 2018-ci ilin sentyabr ayından etibarən ölkəmizlə sıx əməkdaşlıq şəraitində ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) maliyyə dəstəyilə “Dayanıqlılıq naminə ictimai fəaliyyət” layihəsini həyata keçirir. Layihənin əsas tərəfdaş qurumlarından biri Dini Qurumlarla İş üzrə Dövlət Komitəsidir. Adıçəkilən layihə çərçivəsində Azərbaycan İlahiyyat İnstitutu ilə də əməkdaşlıq əlaqələri qurulub. Təşkilat institutda tələbələrin həm akademik, həm də şəxsi inkişafına töhfə vermək məqsədilə ingilis dili üzrə əlavə kursların təşkilini planlaşdırır.

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!