CinemaEventsFestivallarTəqdimat

IMAGINE festivalı filmlərin və tamaşaçıların sayı ilə rekord vurdu

Avropa İttifaqının (Aİ) Azərbaycan nümayəndəliyinin təşəbbüsü ilə 2-ci İMAGİNE Avropa Tolerantlıq Festivalı uğurla başa çatdı. 2-17 May 2018 tarixlərində baş tutan Festivalda tolerantlıq, multikulturalizm və mədəniyyətlər arası dialoq kimi mövzuları  özündə əhatə edən tədbirlərdə 4000 nəfər iştirak etmişdir. Bu ilki  festivalın proqramı  Aİ-na üzv 16 və qeyri-üzv 12 ölkənin 37 filminin nümayişi, 3 konsert, rejissor və musiqiçilərin iştirakı ilə 6 masterklass və 6 debatlardan ibarət idi. Venesiyanın Ca’ Foscari Universitetindən gəlmiş xüsusi qonaq Azərbaycan Dillər Universiteti və ADA Universitetinin tələbələri ilə tolerantlıq mövzusuna aid məsələləri müzakirə etmək ilə proqrama akademik element qatmışdır.

 “Biz IMAGINE Avropa Tolerantlıq festivalını gələcək nəsil üçün adət və ənənə halına çevirmək istəyirik ki, hansı ki, bu ənənə Avropa İttifaqı və digər dövlətləri tolernatlıq və multikultiralizm ideyası altında  birləşdirəcək. Festivallar uğurlu keçirildiyi üçün bu tədbirin  gələn il də baş tutacağına ümid edirik”, Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri, Səfir Kestutis Yankauskas bildirib.

Keçən il olduğu  kimi bu il də Festival musiqi sevərlərin böyük məmnuniyyətinə səbəb oldu. İlk dəfə olaraq sehirli Perudan Andes musiqisi və ecazkar yunan Rembetiko musiqisi muğamla ahəngdarlıq təşkil etmişdi. Mayın 7-si isə IMAGINE festivalı çərçivəsində Opera Studiyada “Avropa Günü” adlı təntənəli konsert keçirilmişdir. Konsertdə yerli musiqiçilərdən ibarət orkestr Avropa və Azərbaycan musiqilərindən parçalar ifa etmişdir.

Bu ilki IMAGINE festivalın hüdudları genişləndi və Bakıda Park Cinema, Landmark Hotel, Yarat, ADA Universiteti, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti, Bakı Musiqi Akademiyası, Azərbaycan Dillər Universiteti və sairə məkanlarla məhdudlaşmayaraq ilk dəfə olaraq paytaxtan çıxıb Qubada “Sakit Qəlb” adlı İsrail filmini nümayiş etdirdi.

2-ci IMAGINE Avropa Tolerantlıq Festivalı İsveçrə, Norveç, Braziliya, Kosta Rika, Peru, Meksika, İsrail, Moldova, Argentina, ABŞ səfirliklərinin və “United Cultures” təşkilatının Aİ ilə əməkdaşlığı çərçivəsində baş tutmuşdur. Festivalın təşəbbüsü Landmark Baku, “Yarat” Müasir İncəsənət Mərkəzi, Park Cinema, Cinex Production, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti, ADA Universiteti, Bakı Musiqi Akademiyası, Ca’ Foscari University of Venice, Azərbaycan Dillər Universiteti tərəfindən dəstəklənmişdir.

Frame.az

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!