İnsan bədəni haqqında maraqlı faktlar
ORQANİZMİN FUNKSİYALARI
– Asqırmağın sürəti saatda 160 km təşkil edir.
– Öskürməyin sürəti bəzən saatda 900 km-ə çata bilər.
– Qadınlar kişilərdən 3 dəfə çox gözlərini qırpırlar.
– Ayaqlarda təxminən 500 min tər vəzisi yerləşir ki, onlar da gün ərzində bir litrə yaxın tər ifraz edə bilir.
– İnsan bütün ömrü boyu bir hovuzun yarısını doldura biləcək qədər tüpürcək istehsal edir.
BEYİN
– Sinir impulsları saatda 270 km sürətlə hərəkət edir.
– Beynin fəaliyyət göstərməsi üçün ona 10 vatlıq lampanın çalışmasına lazım olan qədər enerji lazımdır.
– İnsan beyninin hüceyrəsi istənilən ensiklopediyanın tutduğu informasiyadan daha artıq informasiya tuta bilir.
– Qan dövranı sisteminə daxil olan oksigenin 20%-ni beyin istifadə edir.
– Gecələr beyin gündüzdən daha aktiv olur.
– İQ göstəricisi azaldıqca insan daha çox yuxu görür.
– Beyin özü ağrı hiss etmir.
– Beynin 80%- i sudan ibarətdir.
DAXİLİ ORQANLAR
– Ən böyük daxili orqan nazik bağırsaqdır.
– İnsan ürəyi qanın 7 metr irəliyə vura biləcəyi qədər təzyiq yarada bilir.
– Mədədə olan turşu bir ülgücü əridə bilər.
– İnsan bədənindəki damarların ümumi uzunluğu 96 min km-dir.
– Mədə bütünlüklə hər 3-4 gündən bir yenilənir.
– Qadınların ürəyi kişilərdən daha sürətlə döyünür.
– Qaraciyərin 500-dən artıq funksiyası var.
– Aortanın diametri su sulamaq üçün istifadə olunan şlanqın diametrinə bərabərdir.
– Ürəyə də yer olsun deyə sol ciyər sağ ciyərdən balacadır.
– Daxili orqanların bir neçəsini götürərək də yaşamağa davam etmək olar.
– Böyrəküstü vəzilər insanın bütün həyatı boyu ölçülərini dəyişir.
XƏSTƏLİK VƏ TRAVMALAR
– Çox zaman ürək sancıları bazar ertəsi günlərində baş verir.
– İnsanlar yeməksiz daha çox qala bilirlər, nəinki yuxusuz.
– Günəşin altında yanan zaman sizin damarlarınıza da ziyan dəyir.
– Xəstəliklərin 90%- i stressdən əmələ gəlir.
SAÇLAR VƏ DIRNAQLAR
– Üzdəki tüklər bədənin digər yerlərindəki tüklərdən daha sürətlə inkişaf edir.
– Gün ərzində hər bir insan 60-100 arası saç itirir.
– İnsan tükü 100 qram ağırlığında yük götürə bilər.
– Orta barmağın dırnağı digər barmaqlardan sürətlə uzanır.
– İnsan bədəninin 1 kvadratında olan tük miqdarı şimranzenin bədənindəki tükün miqdarıyla eynidir.
– Sarışınların saçı daha çox olur.
– İnsan tükünün orta yaşı 3-7 ildir.