İşğaldan azad olunmuş Ağdam rayonunda FHN-in yerli strukturu fəaliyyətə başlayıb
Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi (FHN) işğaldan azad olunan ərazilərimizdə yerli strukturlarının formalaşdırılmasını davam etdirir.
Frame.az nazirliyin saytına istinadla xəbər verir ki, Ağdam rayonunun Qızıl Kəngərli kəndində FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölməsi fəaliyyətə başlayıb. Bölmə xidmətin yüksək səviyyədə həyata keçirilməsi üçün müvafiq texnika və avadanlıqla təchiz edilib.
Xatırladaq ki, bundan əvvəl FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Şuşa, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər şəhərlərində və Xocavənd rayonunun Hadrut qəsəbəsində yerli strukturları fəaliyyətə başlayıb.