FutbolIdman

İspaniya La Liqası: “Sevilya” öz meydanında “Real Madrid”ə məğlub olub

Sentyabrın 22-də futbol üzrə İspaniya La Liqasının beşinci turunun mərkəzi qarşılaşması keçirilib.

Frame.az xəbər verir ki, “Qarabağ” klubunun UEFA Avropa Liqasının qrup mərhələsindəki rəqibi, İspaniyanın “Sevilya” klubu ölkə çempionatında növbəti oyununu keçirib. Bu dəfə rəqib çempionluğa iddialı “Real Madrid” klubu olub.

Təhlükəli hücumlarla bol olan görüşün ilk hissəsində hesab açılmayıb.

Fasilədən sonra Madrid təmsilçisi hesabı açmağa nail olub. Dani Karvaxalin cinah ötürməsini Kərim Benzema dəqiq baş zərbəsi ilə tamamlayıb. Bu görüşdə yeganə qol olub. Bu qələbədən sonra “Real Madrid” xalların sayını 11-ə çatdıraraq turnir cədvəlində ikinci pilləyə yüksəlib. “Sevilya” isə 10 xalla beşinci pilləyə enib.

“Real Madrid”in əzəli rəqibi son çempion – “Barselona” səfərdə “Qranada” komandası ilə üz-üzə gəlib.

Görüş “Qranada”nın 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Bu Kataloniya təmsilçisinin cari mövsüm ərizndə ikinci məğlubiyyətidir.

Qolları ikinci dəqiqədə Ramon Aziz və 65-ci dəqiqədə Vadilyo vurublar. Beş turdan sonra 10 xal qazanan “Qranada” turnir cədvəlində birinci yerə yüksəlib. “Barselona” isə yeddi xalla yeddinci yerdə qərarlaşıb.

La Liqanın digər favoriti “Atletiko Madrid” isə öz meydanında “Selta Viqo” ilə heç-heçə edib – 0:0.

Günün digər oyunlarında aşağıdakı hesablar qeydə alınıb:

“Osasuna” – “Betis” – 0:0,

“Villareal” – “Valladolid” – 2:0,

“Levante” – “Eybar” – 0:0,

“Xetafe” – “Malyorka” – 4:2,

“Espanyol” – “Real Sosyedad” – 1:3,

“Valensiya” – “Leqanea” – 1:1,

“Atletik Bilbao” – “Deportivo Alaves” – 2:0.

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!