İstanbul Yeni Hava Limanından Bakıya ilk uçuş həyata keçirilib
Türkiyənin dünya aviasiya mərkəzi olmaq yolunda önəmli bir rol əldə edən “Türk Hava Yolları” şirkəti dünyanın ən böyük hava limanı layihəsi olan İstanbul Yeni Hava Limanındakı uçuşlarına yenisini əlavə etdi. Aparıcı aviaşirkət 8 noyabr tarixində TK1132 nömrəli reysi ilə İstanbul Yeni Hava Limanı – Bakı Heydər Əliyev Beynəlxalq Aeroportu arasındakı ilk uçuşunu reallaşdırıb.
“Türk Hava Yolları” Ankara, İzmir, Antalya və Nikosiyadan sonra İstanbul Yeni Hava Limanından yerinə yetirilən beşinci uçuş nöqtəsi olan Bakıya bu ilin dekabrın 31-dək gündə 7 dəfə olmaqla həftənin hər günü uçuşlar həyata keçirəcək. Yeni əlavə edilən uçuşlar ilə “Türk Hava Yolları”nın İstanbul və Bakı şəhərləri arasındakı həftəlik uçuşların sayı 38-ə çatdı28-i Atatürk hava limanından, 7-si İstanbul Yeni Hava Limanından, 3-ü Sabiha Gökçen hava limanından).
Bakı uçuşlarına tələbat artır. 2018-ci ildə həyata keçirilən uçuşlarda təyyarələrin doldurulma səviyyəsi 7 faiz bəndi artıb
Ötən il ərzində “Türk Hava Yolları” Azərbaycanda 337 300 sərnişinə xidmət göstərib, bu ilin ilk 10 ayında isə bu göstərici 337 min təşkil edib. Bundan başqa, cari ilin yanvar-oktyabr aviaşirkətin təyyarələrinin doldurulma səviyyəsi ötən ilin analoji dövrü ilə müqayisədə 7 faiz bəndi artaraq 77%-ə çatıb.
Bakı – “Türk Hava Yolları”nın Orta Asiyadakı ilk uçuş nöqtəsi…
Azərbaycanın paytaxtı Bakı eyni zamanda “Türk Hava Yolları”nın Orta Asiyadakı ilk uçuş nöqtəsi olması ilə fərqlənir. 1991-ci ildən başlayan və 27 ildir davam edən uçuşlar Türkiyə ilə Azərbaycan arasındakı milli və mənəvi əlaqələri gücləndirən bir körpü vəzifəsini daşıyır. Bakı Heydər Əliyev Aeroportuna İstanbul Yeni Hava Limanından həyata keçirilən ilk uçuşlar arasında olması iki ölkə arasında son dövrdə daha da artan siyasi və iqtisadi birliyin göstəricisidir.
Keçmişin və gələcəyin görüşdüyü şəhər
Bakı İpək Yolu üzərində qurulmuş bir şəhər olması səbəbindən tarixin şahidi olaraq bir çox sənət əsərinə ev sahibliyi edir. Paytaxtın İçərişəhər hissəsi bu tarixi zənginliyin bir göstəricisidir. Şəhər teatr, opera və musiqi sahəsində müxtəlif tədbirlərə ev sahibliyi edir. Bakı Türk Şəhidliyi və Şəhidlik Məsçidi Türkiyə-Azərbaycan qardaşlığının bariz nümunələridir. Son illərdə inşa edilən müasir memarlıq nümunələri tarixi və gələcəyi qovuşduran önəmli əsərlər hesab olunur.
Frame.az