“İstedadlı Əlillər” İctimai Birliyi layihənin hesabatı barədə yekun mətbuat konfransı təşkil edib

“İstedadlı Əlillər” İctimai Birliyi tərəfindən Azərbaycan Respublikasının Prezidenti Yanında QHT-ə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Fiziki məhdudiyyəti olan şəxslər üçün peşə hazırlıq kurslarının təşkil edilməsi və məşğulluğun artırılması” adlı layihəsinin yekun hesabatı haqqında Milli QHT Forumunun Bakı QHT Resurs və Təlim Mərkəzində mətbuat konfransı təşkil olunub. Konfransda layihənin işci heyyəti, iştrakçılar, Dövlət və hökumət nümayəndələri, QHT və KİV nümayəndələri iştrak ediblər.

Layihə haqqında Birliyin sədri Cavad Qasımov geniş məlumat verərək qeyd edib ki, “Layihə çərçivəsində üç ay müddətində 1 Saylı Sağlamlıq İmkanları Məhdud Gənclərin Peşə Reabilitasiya Mərkəzində təşkil olunan “Layihə Universiteti” və “İngilis dili” kursları, eyni zamanda Xırdalan şəhərində yerləşən Heydər Əliyev adına Mərkəzdə təşkil olunan komputer kursları təlim edildi. Təşkil olunan kurslarda ümumilikdə 87 nəfər şəxs iştrak etmişdir.

Kursları müvəffəqiyyətlə bitirən iştrakçılar uyğun sertifkatlarla təltif edilmişdir. “Layihə Universitetinin” təlimlərində iştrakçılara layihənin tərtib etməsi, həyata keçrilməsi və layihənin hesabatının hazırlanması qaydaları təlim edildi. Bu təlimin keçirilməsində məqsəd iştrakçıların öz ideyalarını fərdi qaydada olaraq layihələr şəkilində həyata keçirilməsinin qaydaların öyrətmək, cəmiyyətimizin inkişafında aktiv fəaliyyət göstərmələrinə stimul vermək və özünə məşğulluğun inkişaf etdirilməsinə dəstək olmaqdan ibarət idi. “İngilis dili”nin təlimlərində Paralimpiya idman növü olan BOCCİA idmançılarına və yarışlar zamanı idmançılara dəstək olan könüllülərə ingilis dilinin danışıq lüğəti təlim edildi.

Bu təlimlərin təşkil edilməsində məqsəd, Ölkəmizi xaricdə təmsil edən Paralimpiyaçı idmançılara getdikləri ölkələrdə fikirlərini düzgün ifadə etmək, özləri barədə, Ölkəmiz haqqında danışarkən həmsöbətləri ilə ingilis dilində ünsüyyət qurmalarının asanlaşdırılmasıdır.

Eyni zamanda gələcəkdə iş fəaliyyəti ilə məşğul olduqları zaman zərurət yarandığı halda xarici dil bilmək inamının olmasıdır. Komputer kurslarının təlimlərində iştrakçılara bir çox komputer proqramları, komputerdən düzgün istifadə edilməsi, komputerlərin farmat edilməsi, komputerə proqramların düzgün yüklənməsi və digər komputer xidmətlərinin göstərilməsi öyrədildi. Bu təlimlərin təşkil edilməsində məqsəd iştrakçıların müasir texnologiyalar vasitələrindən dünzgün və səmərəli istifadə etmələrinə dəstək olmaqdır.

Təlimlərin gerçəkləşməsində İstedadlı Əlillər İctimai Birliyinə 1 Saylı Sağlamlıq İmkanları Məhdud Gənclərin Peşə Reabilitasiya Mərkəzi, Şəms Tərcümə Mərkəzi, Abşeron Rayon İcra Hakimiyyəti və Xırdalan şəhərində yerləşən Heydər Əliyev adına Mərkəzi təşkilatı dəstəy olmuşdur.

Ülviyyə Ədalətqızı

Frame.az

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloggers like this: