EventsFestivallarMusiqiTəqdimat

“Jara-2019”un üçüncü gününün konsert proqramı da rəngarəng ifalarla yadda qalıb

“Jara-2019” Beynəlxalq Musiqi Festivalının üçüncü günü də maraqlı və rəngarəng ifalarla yadda qaldı.

Frame.az xəbər verir ki, iyulun 27-də təşkil olunan növbəti konsert tamaşaçılara əsl bayram ab-havası yaşadıb.

Musiqili gecədə məşhur ifaçılar Emin Ağalarov, Qriqori Leps, Vladimir Kuzmin, Natalya Podolskaya, Aleksandr Buynov, Aleksandr Şoua, Vladimir Presnyakov, Alyona Apina, Aleksandr Malinin, Layma Vaykule, Seryoqa, Aleksandr İvanov və “Rondo”, Anna Sedokova, İrina Dubtsova, Zara, Lyubov Uspenskaya, Brendon Stoun, Jasmin, Anita Tsoy, İntars Busulis, İrina Nelson, Nataşa Korolyova, Mitya Fomin və “Hi-Fi”, Slava, İqor Nikolaev, Denis Klyaver, Valeriya, Aleksey Çumakov, Yuliya Kovalçuk, Tomas Neverqreen, Stas Pyexa, Dilarə Kazımova, Maşa Veber və MBAND, “Ruki vverx”, “Na-na”, “Zemlyane”, “Queens” qrupları çıxış ediblər.

Bu maraqlı musiqi bayramı üçün Xəzərin sahilində müxtəlif videoinstalyasiyaları nümayiş etdirməyə imkan verən möhtəşəm səhnə qurulub.

Konsert proqramında musiqi ilə yanaşı, xoreoqrafiya səhnəcikləri, fərqli dekorasiyalar, işıq və lazer şousunun təqdimatı və atəşfəşanlıq tamaşaçıların zövqünü oxşayıb və maraqla qarşılanıb.

Qeyd edək ki, festivalın təşkilatçıları müğənni və bəstəkar, Azərbaycanın Xalq artisti Emin Ağalarov, Rusiyanın Əməkdar artisti Qriqori Leps, “Russkoye radio”nun və “Qızıl qrammofon” mükafatının təsisçisi Sergey Kojevnikovdur.

 

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!