Kənd yerlərində biznes informasiya sisteminin yaradılmasına dəstək layihəsinin bağlanış konfransı keçirilib
Bakıda Avropa İttifaqı tərəfindən maliyyələşdirilən kənd yerlərində biznes informasiya sisteminin (KYBIS) yaradılmasına dəstək layihəsinin bağlanış konfransı keçirilir.
Layihənin məqsədi kənd bazarlarında informasiya xidmətlərinin inkişafı sahəsində Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi və İqtisadiyyat Nazirliyinin institusional və texniki imkanlarını gücləndirmək və təkmilləşdirmək, kənd təsərrüfatı sahəsində əməkdaşlıq üçün əlverişli mühit yaratmaq, kənd yerlərinin inkişafı siyasətinin hazırlanması və siyasətin təsirinin qiymətləndirilməsində istifadə üçün etibarlı məlumatları təmin etmək olub.