Kaspersky azərbaycanlı sosial şəbəkə istifadəçilərini ayıq-sayıq olmağa çağırır!

Bu günlərdə, Daxili İşlər Nazirliyi sosial şəbəkələrdə dələduzluq faktları ilə bağlı vətəndaşlara xəbərdarlıq edib. Nazirliyin məlumatına görə, son dövrlər dələduzluqla məşğul olan bəzi şəxslərin sosial media və elan saytları üzərindən ticarət edən vətəndaşların satışa çıxardığı məhsulları guya almaq məqsədilə özünün ölkədə olmadığını, həmçinin uzaq məsafədə olduğunu əsas gətirərək ödənişi onlayn yolla edəcəyini bildirib bank kartı məlumatlarının əldə edilməsi hallarına rast gəlinməkdədir.

“Telefon fırıldaqçıları qurban haqqında lazımi məlumatları öncədən toplayır və sosial mühəndislik metodlarından aktiv şəkildə istifadə edirlər. Məsələn, zəng zamanı onlar zəng etdikləri şəxsin adını, soyadını və atasının adını tam düzgün şəkildə söyləyirlər. Təcavüzkarlar kredit təklifi ilə “əfsanələrdən” istifadə edərək, qurbanlardan  şifrə, bank kartınının nömrəsi, pin kod, CVV kod kimi məlumatların təsdiqlənməsini istəyə və ya sadəcə guya kartınızın bloklanması barədə məlumat verə bilərlər.

Xatırlatmaq istərdik ki, yad nömrələrdən, xüsusilə özünü bank əməkdaşı kimi təqdim edən insanlardan gələn zənglərlə ehtiyatlı davranmaq çox vacibdir. Həmişə yadda saxlamaq lazımdır ki, gerçək bank əməkdaşı heç bir halda kod və şifrəni bildirməyi xahiş etmir. Fəal olmaqdan çəkinməyin və fırıldaq şübhəsi hiss etdiyiniz anda cəsarətlə dəstəyi asın. Kartın əks tərəfində göstərilən nömrəyə hər zaman şəxsən zəng edə və zəngin doğrudan da bankdan gəlib-gəlmədiyini yenidən yoxlaya bilərsiniz”, – deyə Kaspersky-nin Azərbaycandakı rəsmi nümayəndəsi Müşviq Məmmədov bildirib.

Kaspersky telefon fırıldaqçıları ilə mübarizəyə imkan verən əsas təhlükəsizlik qaydalarını xatırladır:

özünü bank əməkdaşı kimi təqdim edən istənilən şəxsdən gələn zənglə ehtiyatlı davranın;

SMS və messencer mesajlarındakı şübhəli linklərə keçid etməyin;

heç bir halda CVV və SMS-dəki və ya təkan (push) bildirişlərdəki birdəfəlik şifrələri açıqlamayın;

hər hansı bir şübhə halında dəstəyi asın və bankın kartın əks tərəfində göstərilmiş nömrəsinə şəxsən zəng edin;

ev istifadəçilərinə fişinq mesajlarını və saytlarını tanıya bilən Kaspersky Internet Security kimi qoruyucu həllər quraşdırmaq, şirkətlərə isə əməkdaşlarının, məsələn, Kaspersky Automated Security Awareness Platform platformasını köməyilə öz əməkdaşlarının rəqəmsal savadlılığını artırmaq tövsiyə olunur.

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloggers like this: