Mobil dünyaTəqdimat

“Kaspersky” həlləri zərərli proqramlara qarşı yenidən 100% effektivlik göstərib

Biznes üçün “Kaspersky Security”, “Kaspersky Small Office Security” və “Kaspersky Plus” həlləri 2023-cü ilin üçüncü rübündə “SE Labs” tərəfindən keçirilmiş sınaqda ən yüksək balı toplayıb. Hər üç məhsul e-poçt və veb əsaslı zərərli proqram hücumlarına qarşı tam müdafiə təmin edib və ən yüksək nəticəni göstərib.

 Sınaq zamanı təcavüzkarların istifadə etdiyi real taktika, texnika və prosedurların daxil edildiyi ssenarilərdən istifadə edilib. “Kaspersky” həlləri “Protection Accuracy и Legitimate Accuracy” göstəriciləri üzrə maksimum mümkün balı toplayıb. Onlar sınaq sisteminə təhlükə yarada biləcək bütün təhdidləri aşkar edərək bloklayıb, həmçinin qanuni tətbiqləri və URL-ləri dəqiq şəkildə təsnif ediblər. 

Nəticədə müdafiə məhsulları zərərli proqramlara qarşı 100% effektivlik nümayiş etdirərək ümumi “Total Accuracy Rating” göstəricisi üzrə maksimum balı toplayıb və “Böyük biznesin mühafizəsi” (Enterprise), “Kiçik biznesin mühafizəsi” (Small business) və “Fərdi istifadəçilərin qorunması” (Home) kateqoriyalarında birinci yeri tutub. Həlllərə mümkün olan ən yüksək AAA reytinq verilib.

 “Kaspersky” müntəzəm olaraq rüblük “SE Labs” sınaqlarında iştirak edir. 2023-cü ilin birinci rübündə şirkətin məhsulları da ən yüksək yekun balları toplayıb, 100% effektivlik göstərib və 2022-ci ildə onlar dörd bu cür sınağın üçündə 100% qoruma nəticəsi göstərərək birinci yeri tutublar və “Total Accuracy Rating” üzrə ən yüksək yekun AAA reytinqinə layiq görülüblər.

“Zərərli proqramların sayı hər il artır və biz də əvvəllər rastlaşmadığımız hücumları aşkar edirik. Təcavüzkarlar daim öz üsullarını təkmilləşdirirlər, buna görə də şirkətlər və şəxsi istifadəçilər getdikcə daha çox yeni hücumlara məruz qalırlar. Texnologiyalarımızı və məhsullarımızı təkmilləşdirmək üçün biz nəinki kibertəhdid mənzərəsini və zərərli proqramların yeni növlərini öyrənirik, həm də müstəqil sınaqlarda iştirak edirik. Bu yolla biz təcavüzkarlardan bir addım öndə olduğumuza və müştərilərimizə hərtərəfli müdafiə təmin etdiyimizə əmin ola bilərik. Məhsullarımız mütəmadi olaraq ‘SE Labs’ sınaqlarında iştirak edir və biz bir daha onların mövcud təhlükə növlərinə qarşı ən yüksək effektivlik təmin etməsinin təsdiqini almaqdan məmnunuq”, – deyə “Kaspersky”nin antivirus tədqiqatı laboratoriyasının rəhbəri Vladimir Kuskov qeyd edir.

  “Biz informasiya təhlükəsizliyi məhsullarını şirkətləri və şəxsi istifadəçiləri ən son hücum növlərinə qarşı qorumaq qabiliyyətini yoxlamaq üçün mütəmadi olaraq sınaqdan keçiririk. İldən-ilə ‘Kaspersky’ həlləri zərərli proqramlara qarşı 100% effektivlik nümayiş etdirir, müntəzəm olaraq maksimum xallar qazanır və ən yüksək mükafatlara layiq görülür. Bu ilin üçüncü rübündə onlar yenidən maksimum ‘Total Accuracy Rating’ ballarını toplayıb və AAA reytinqinə layiq görülüblər. Təbrik edirik!”, – SE Labs-ın təsisçisi və rəhbəri Saymon Edvards öz növbəsində bildirir.

“Kaspersky” həlləri haqqında daha ətraflı biznes üçün “Kaspersky Security”, “Kaspersky Small Office Security”“Kaspersky Plus” saytlarından öyrənə bilərsiniz. 

 2013-cü ildən 2022-ci ilə qədər “Kaspersky” məhsulları 827 müstəqil test və icmalda iştirak edib, 587 dəfə birinci yeri tutub və 685 dəfə ilk üçlükdə yer alıb. 

 

 

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!