EventsIqtisadiyyatMobil dünyaTəqdimat

Kaspersky İstanbulda Şəffaflıq mərkəzi açıb

Kaspersky İstanbulda Şəffaflıq mərkəzi açıb. Mərkəzdə şirkətin tərəfdaşları və müştəriləri həllərin proqram kodu, məhsul yeniləmələri, antivirus məlumat bazası və təhdidin tanınması qaydaları haqqında məlumat əldə edə, həmçinin müstəqil auditin nəticələrini öyrənə, Kaspersky proqram təminatında istifadə olunan kənar komponentlərinin siyahısına baxa bilərlər. Şəffaflıq mərkəzi şirkətin 2018-ci ildən həyata keçirdiyi İnformasiya şəffaflığı üzrə qlobal təşəbbüs çərçivəsində açılıb. Onun məqsədi Kaspersky-nin məhsul və proseslərinə inam yaratmaq və onların şəffaflığına zəmanət verməkdir.

İstanbulda Şəffaflıq mərkəzinin açılışı Bosfor Universitetində elan edilib. Kaspersky qlobal kibertəhlükəsizlik sənayesində şəffaflıq standartlarını təbliğ edir və universitetlərlə birgə layihələr bu prosesin mühüm tərkib hissəsidir.

29 aprel 2024-cü il tarixində Kaspersky-nin baş direktoru Yevgeni Kasperski və Boğaziçi Universitetinin rektoru Prof. Dr. Mehmet Naci İnci Kaspersky ilə Bosfor Universiteti arasında anlaşma memorandumuna imza atıblar. Tərəflər gələcək akademik proqramlarda qarşılıqlı texnologiya əməkdaşlığı üçün zəmin yaratmağı planlaşdırırlar.

Kaspersky və Bosfor Universiteti həmçinin Şəffaflıq laboratoriyasının işə salınması barədə razılığa gəliblər ki, burada tələbələr “Cyber Capacity Building Program” çərçivəsində təchizat zəncirlərində iştirak edən həllərin keyfiyyət və etibarlılığını qiymətləndirmək üçün metodologiya və texnikaları öyrənəcəklər. Proqram İT infrastrukturunun təhlükəsizlik səviyyəsinin qiymətləndirilməsi üzrə bacarıqları əldə etməyə imkan verir. Bundan başqa, laboratoriyada kibertəhlükələrin tanınması üzrə təlimlər, eləcə də üzbəüz və onlayn seminarlar təşkil ediləcək.

“İstanbulda Şəffaflıq mərkəzinin açılması və Boğaziçi Universiteti ilə tərəfdaşlığımızın genişləndirilməsi uzunmüddətli əməkdaşlığımızın növbəti addımıdır. Türkiyə regionda rəqəmsallaşma sahəsində liderdir və hər iki təşəbbüsümüz ölkənin kiberdayanqlılığını daha da gücləndirmək məqsədi daşıyır. Mütəxəssislərimiz yerli təşkilatlarla təcrübə və bacarıq mübadiləsini genişləndirməkdən məmnundurlar, bu da rəqəmsallaşma prosesini daha səmərəli edəcək”,  – deyə Kaspersky-nin baş direktoru Yevgeni Kasperski bildirir.

Bosfor Universitetinin rektoru Prof. Dr. Mehmet Naci İnci son vaxtlar xüsusilə maşın öyrənmə texnologiyaları, “data science” (məlumat elmi) və kibertəhlükəsizlik sahələrində ortaq milli və beynəlxalq layihələrin sayının artdığını vurğulayıb. Onun sözlərinə görə, Şəffaflıq laboratoriyası bu sahədə inkişaf etmək istəyən tələbələrə kömək edəcək:

“Bu müqavilə ölkəmizi növbəti bazar kimi görən şirkətlərə deyil, Türkiyəyə sərmayə qoyan və qarşılıqlı texnologiya mübadiləsini təşviq edən şirkətlərə üstünlük verilməsinin vacibliyini vurğulayır. Bu, bizim milli texnologiya təşəbbüsümüzün vacib hissəsidir. Kaspersky ilə müqavilə ölkəmizə investisiya qoymaq qərarlılığını nümayiş etdirən xüsusi nümunədir. Əməkdaşlıq çərçivəsində gənc istedadlarımıza kibertəhlükəsizlik sahəsində tədqiqatlar aparmaq imkanı verəcək birgə laboratoriya yaradılacaq. Bu təşəbbüs həm onların bu sahədə səriştəsini artıracaq, həm də kibertəhlükəsizlik sahəsində yeni layihələrin ərsəyə gətirilməsinə töhfə verəcək. Bu əməkdaşlıq üçün universitetimizin seçilməsi kibertəhlükəsizlik sahəsində lider mövqeyimizi təsdiqləyir. 2021-ci ildən, mən rektor vəzifəsinə gəldiyim vaxtdan, xüsusilə texnologiya sahələrində dünyaca məşhur universitetlərdən yüksək keyfiyyətli PhD alimlərinin universitetimizə cəlb edilməsi istiqamətində əhəmiyyətli irəliləyiş əldə etdik. Biz həmçinin Məlumat Elmi və Süni İntellekt İnstitutunu yaratmaqla texnoloji inkişafa sadiqliyimizi gücləndirdik. Bundan əlavə, davamlı olaraq kibertəhlükəsizlik düşərgələri kimi təşəbbüslər vasitəsilə gənc kibertəhlükəsizlik istedadlarını üzrə çıxarırıq. Biz sadəcə oyun oynamamağa, oyun qaydalarını dəyişənlərdən olmağa çalışır və akademik dünyada biznes və elmi mühitin əməkdaşlığı baxımından daha çox uğur qazanmağa davam edirik ” – deyə Prof. Dr. Mehmet Naci İnci qeyd edir.

İstanbuldakı Şəffaflıq mərkəzi Kaspersky-nin sayca 12-ci mərkəzidir. İnformasiya şəffaflığı üzrə qlobal təşəbbüs haqqında daha ətraflı buradan öyrənə bilərsiniz: http://www.kaspersky.com/transparency-center.

 

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!