Mobil dünyaTəqdimat

Kaspersky kibertəhlükəsizlik baxımından uşaq və valideynlər üçün nələrin vacib olduğunu qeyd edir

Azərbaycanda uşaqların smartfonlarındakı populyar proqramlar da təhlil edilib

Smartfon uşaqların adətən məktəbə başlayarkən əldə etdikləri ünsiyyət, yeni şeylər öyrənmək və əyləncə üçün əlverişli vasitədir. Bu cihazların valideynlər üçün övladı ilə əlaqə saxlamaq baxımından vacibliyi ilə yanaşı, onlardan istifadə ilə bağlı müxtəlif onlayn təhlükələrdən narahatlıq doğurur.

“Kaspersky-nin məlumatına görə, 2023-cü ildə Azərbaycanda mobil cihazlara hücumların sayı davamlı olaraq artaraq 720 minə çatıb və əvvəlki illə müqayisədə bu rəqəm təxminən 5 dəfə artıb. Zərərli proqram messencerlər üçün modların tərkibində aktiv şəkildə yayılıb. Təəssüf ki, mobil cihazlara edilən hücumların sayının artacağını və zərərli proqramların daha da təkmilləşəcəyini gözləyirik. Bütün istifadəçilərə, o cümlədən ən gənc istifadəçilərə öz cihazlarında etibarlı təhlükəsizlik həllərindən istifadə etməyi, həmçinin kibersavadlılıq təlimindən keçməyi tövsiyə edirik”, deyə Kaspersky-nin Azərbaycandakı rəsmi nümayəndəsi Müşviq Məmmədov bildirir.

Tədris ilinin başlanması ərəfəsində Kaspersky qadceti necə qurmağı və onu təhvil verməzdən əvvəl uşaqlara onun barəsində nələri demək lazım olduğunu xatırladır. Xüsusilə bu onların ilk smartfonudursa.

Uşağınızın smartfonda əsas işləri görə biləcəyindən əmin olun: zənglər etmək, mesajlar göndərmək, internetə qoşulmaq, fotoşəkillər çəkmək və geolokasiyanı paylaşmaq.

İstifadə vaxtına nəzarət. Çox vaxt smartfon uşaq üçün əyləncə və ünsiyyət vasitəsidir. “Kaspersky Safe Kids” tətbiqindən əldə edilmiş anonim məlumatlara** görə, 2024-cü ildə Azərbaycanda uşaqlar arasında mobil cihazlarda ən populyar proqramlar “YouTube”, “WhatsApp”, “TikTok” və “Instagram” olub. Onlar vaxtlarının çoxunu məhz bu proqramlarda keçiriblər. Uşağın cihazla nə qədər vaxt keçirə biləcəyi ilə bağlı dəqiq qaydalar təyin edin. Ekrandan vaxtaşırı uzaqlaşmağın və rəqəmsal və real həyat arasında balansın qorunmasının vacibliyini izah edin.

Əsas təhlükəsizlik parametrlərini qurun. PIN kodu necə təyin etməyi, barmaq izindən istifadə etməyi və cihazın kilidini açmaq üçün digər yolları izah edin. Uşağa hər hesab üçün mürəkkəb və unikal şifrələ yaratmağı öyrədin: hərflər, rəqəmlər və xüsusi simvollar daxil olmaqla ən azı 12 simvoldan istifadəni iazh edin. Yeri gəlmişkən, əvvəlcə onunla birlikdə bunu özünüz edə və tədricən ona hesablar üçün şifrə yaratmaqda daha çox sərbəstlik verə bilərsiniz. Mümkün olan bütün xidmətlərdə ikifaktorlu autentifikasiyanı mütləq aktivləşdirdirin.

Sosial şəbəkələrdə məxfilik. Sosial mediada hesablar açsanız, məxfilik parametrlərini uşağınızla müzakirə edin və ya onları bir yerdə quraşdırın. Uşağa yaza bilən və ya onun səhifələrini görə bilən insanların sayını məhdudlaşdırmaq vacibdir; niyə yalnız real həyatda tanıdığı adamları dost kimi əlavə etməyin faydalı olduğunu iza edin; mümkün olduğu tətbiqlərdə uşaq rejimini aktivləşdirin (məsələn, belə bir parametr YouTube video hostinq xidmətində mövcuddur).

Onlayn təhdidləri iazh edin. İnternetdə hansı təhdidlərin yayıldığını və onlardan qaçmaq üçün nə etmək lazım olduğu haqqında danışın. Uyğun olmayan məzmun, onlayn qruminq (böyüklərin uşaqlarla ünsiyyət cəhdi), kiberqısnamadan əlavə, uşağı onlayn saxtakarlıqdan qorumaq lazımdır. Xüsusilə, təcavüzkarların şəxsi məlumatları fırıldaq yolu ilə tapmağa çalışdıqları fişinq çox geniş yayılıb. Bunun üçün onlar məşhur şirkət və ya məktub ünvanlanan şəxsin tanıdığı birinin adından olduğu iddia edilən fişinq e-poçtları göndərə və ya saxta veb-saytlar və proqramlar yarada bilərlər. Hətta böyüklər də fırıldaqçıların tələsinə düşür, uşaqları inandırmaq isə daha asandır. Uşaq başa düşməlidir ki, o, şübhəli linklər, o cümlədən e-poçt mesajları və ani messencerlərdən daxil olan məlumatlara keçid etməməli, şübhəli resurslara şəxsi və ya ödəniş məlumatlarını daxil etməməli, təhdidlərə və qorxutmaq cəhdlərinə boyun əyməməlidir. Həmçinin son dərəcə səxavətli aksiyalardan və “asan pul” sxemlərindən ehtiyatlı olmaq lazımdır. Uşağınızı telefon nömrəsi və ya ev ünvanı kimi bir çox şəxsi məlumatı internetdə paylaşmağın və ya geolokasiyanı paylaşmağın təhlükəli olduğu barədə xəbərdar edin. Təcavüzkarlar bütün bunlardan istifadə edə bilərlər. Ən əsası isə odur ki, uşaq başa düşməlidir ki, əgər hər hansı problemlə üzləşsə, kömək üçün həmişə valideynlərinə müraciət edə bilər. İnformasiya təhlükəsizliyinə aid əsas anlayışlar haqqında danışmaq üçün Kaspersky tərəfindən yaradılmış “Kibertəhlükəsizliyin əlifbası”ndan istifadə edə bilərsiniz.

Müdafiə texnologiyalarından istifadə edin. Ehtiyac olduqda, müdafiə həlləri, habelə uşağın fəaliyyətini izləməyə və onu arzuolunmaz məzmundan qorumağa kömək edəcək valideyn nəzarəti proqramı quraşdırın. Ancaq əvvəlcə bunu uşaqla müzakirə etdiyinizdən əmin olun: ona bunun hansı proqram olduğunu söyləyin və niyə telefona quraşdırmağın vacibliyini izah edin.

Hərtərəfli nəzarət qurmadan uşağın onlayn fəaliyyətini izləmək üçün valideynlərə xüsusi proqramlar kömək edir. Məsələn, “Kaspersky Safe Kids” həlli yaşa görə məzmuna və sayta girişi məhdudlaşdırmaq, uşağın geolokasiyasını izləmək, həmçinin sosial şəbəkələrdə uşağın dostluq/izləyii siyahısına böyük yaş fərqi olan birinin əlavə olunduğunu görmək imkanları təqdim edir.

 

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!