Mobil dünyaTəhsilTəqdimatƏn SonƏn Son

Kaspersky məktəblilər üçün “Kiber Təhlükəsizlikdə Riyaziyyat” adlı pulsuz onlayn kurs başlayır

10 sentyabrdan başlayaraq Stepik platformasında Kaspersky tərəfindən məktəblilər üçün hazırlanmış “Kiber təhlükəsizlikdə riyaziyyat” adlı pulsuz kurs başlayıb. Kurs orta məktəb şagirdləri üçün nəzərdə tutulub, həftədə 2-3 saat məşğul olmaq şərtilə beş həftədən ibarətdir.

Proqram aşağıdakı riyazi sahələri əhatə edir: arifmetika, məntiq cəbri, kombinatorika və ehtimal nəzəriyyəsi. Kursun sonunda iştirakçılara kriptoqrafiya üzrə genişləndirilmiş bir modul təklif olunur, bu proqramda riyazi biliklərin informasiya təhlükəsizliyi sahəsindəki real problemlərin həlli üçün necə tətbiq olunacağı öyrədiləcək. Kurs, nəzəri və praktiki hissələrdən ibarətdir və avtomatik yoxlama və ani geridönüş ilə müxtəlif tapşırıqları ehtiva edir. Texniki bir universitetə ​​girməyi planlaşdıran və ya riyazi biliklərini dərinləşdirmək istəyənlər üçün faydalı olacaqdır.

Kursun ideyası həm də Kaspersky-də bir neçə ildir fəaliyyət göstərən ödənişli tələbə təcrübəsi proqramı SafeBoard iştirakçılarının rəylərindən doğub. Proqram hazırlanması və sınağından tutmuş Data Science və zərərli proqram analizinə qədər müxtəlif şöbələrin təcrübəçiləri öz işlərində xətti cəbr, qraf nəzəriyyəsi, qrup nəzəriyyəsi, Bul cəbri, kombinatorika, riyazi statistika və alqoritm nəzəriyyəsi sahəsindəki biliklərindən fəal şəkildə istifadə edirlər. Riyaziyyatın bu sahələri yeni kursun əsasını təşkil edir.

“Əminik ki, ixtisaslaşmış təhsil proqramları həm unukal rəqabət üstünlüyü, həm də informasiya təhlükəsizliyi sənayesinin inkişafında mühüm addımdır. 2020-ci ildə ümumilikdə və standart məktəb kursundan kənar onlayn öyrənmə imkanlarını inkişaf etdirməyin nə qədər vacib olduğu aydın oldu. Bu gün, məktəbdən partasından başlayaraq informasiya təhlükəsizliyi mütəxəssisi peşəsinə hazırlaşmaq mümkündür: yeni kurs hər bir yeniyetməyə dərin biliklər qazanmaq və riyaziyyatı kiber təhlükəsizlikdə tətbiqetmə bacarıqlarını inkişaf etdirmək üçün tamamilə pulsuz bir fürsət verəcəkdir, ” deyə Kaspersky Laboratoriyasının baş direktoru Yevgeni Kasperski bildirib.

Analoji kurs Kaspersky  tərəfindən hazırlanan ilk təlim kursu deyil. Belə ki, 2018-ci ildə Moskva Təhsil Departamentinin ümumşəhər proqramı çərçivəsində, şirkət, məktəblilər üçün proqramlaşdırma və informasiya təhlükəsizliyi istiqamətində “Kasperski-nin Riyazi Vertikalı” adlı kursunu təqdim edib. Hazırda 1409 saylı Moskva məktəbinin bazasında həyata keçirilən layihə 7-10 sinif şagirdlərini əhatə edir. Proqramın əsasını son təhsil avadanlıqlarından istifadə edərək riyaziyyat, fizika və kompüter elmlərinin dərindən öyrənilməsi təşkil edir. Eyni zamanda, tələbələr üçün günün ikinci yarısı proqramlaşdırma və fərdi dillər (C ++ və Python), alqoritmlər, məlumat təhlükəsizliyinin kriptoqrafik metodları və informasiya təhlükəsizliyinin digər aspektləri mövzusunda seminarlar keçən Kaspersky mütəxəssislərinin xüsusi kurslarına həsr olunur.

Kursa başlamaq üçün bu link vasitəsilə qeydiyyatdan keçmək lazımdır: https://stepik.org/course/62247/promo

Frame.az

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!