FutbolIdman

Robert Levandovski FIFA tərəfindən ilin ən yaxşı futbolçusu adına layiq görülüb

FIFA 2020-ci ilin ən yaxşı futbolçusunun adını açıqlayıb.

Bu ada Almaniya “Bavariya”sının futbolçusu Robert Levandovski layiq görülüb. Polşalı hücumçu İspaniya “Barselona”sından Lionel Messi və İtaliya “Yuventus”undan Kriştiano Ronaldonu üstələyib.

Robert Levandovski karyerasında ilk dəfə “The Best” mükafatını qazanıb.

R. Levandosvki ötən mövsüm “Bavariya”nın heyətində UEFA Çempionlar Liqasını, UEFA Super Kubokunu, Almaniya Bundersliqasını, Almaniya ölkə kubokunu qazanıb. Polşa millisinin futbolçusu UEFA tərəfindən ötən mövsümün ən yaxşı oyunçusu seçilib. O, bir mövsümdə qitənin ən nüfuzlu klub turnirində hamıdan çox fərqlənib (15 qol). Robert cari mövsüm Almaniya Bundersliqasında hamıdan çox 34 dəfə fərqlənməyə nail olub.

Xatırladaq ki, ötən il bu mükafata İspaniyanın “Barselona” klubunun ulduz futbolçusu Lionel Messi layiq görülüb. Argentinalı bu mükafatı altı dəfə qazanan ilk futbolçu kimi tarixə düşüb.

 

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!