Mobil dünyaTəqdimat

Kaspersky Sinqapur, ABŞ və Yaponiyada Şəffaflıq Mərkəzləri açıb

Bu mərkəzlərdə şirkətin tərəfdaşları və müştəriləri Kaspersky həllərinin proqram kodu, məhsul yeniləmələri, antivirus məlumatlar bazası, təhlükənin tanınması qaydaları haqqında məlumat əldə edə bilərlər.
Kaspersky eyni anda üç yeni Şəffaflıq Mərkəzi açılışını edib. İndi şirkətin Sinqapur, ABŞ və Yaponiyadakı müştəriləri və tərəfdaşları qəbul edilmiş məhsul hazırlığı və məlumatların emalı təcrübələri ilə tanış ola və məhsulların mənbə kodunu təhlil edə bilərlər.
Kaspersky özünün Şəffaflıq Mərkəzləri şəbəkəsini yaratmağa 2018-ci ildə, ilk belə mərkəzini Sürixdə açmaqla başlayıb. Şirkət belə bir təşəbbüslə çıxış edən ilk kibertəhlükəsizlik təşkilatıdır. Bu, Kaspersky tərəfindən təhlükəsizlik texnologiyaları, infrastruktur və məlumatların emalı təcrübələri ilə bağlı daha öncə görünməmiş şəffaflığa doğru atılan ilk addım idi.
Şəffaflıq Mərkəzləri ziyarətçilərin bacarıq və məqsədlərindən asılı olaraq bir neçə növ səfər təklif edir: Kaspersky-nin təhlükəsizlik və şəffaflıq sahəsində təcrübəsinin ümumi icmalından tutmuş şirkətin həllərinin mənbə kodunun mütəxəssislərinin iştirakı ilə hərtərəfli təhlilinə qədər.
2018-ci ildən etibarən Şəffaflıq Mərkəzlərinə 30-dan çox ziyarət edilib və ziyarətçilər arasında korporativ müştərilər üstünlük təşkil ediblər. Onlar əsasən Kaspersky tərəfindən məlumatlarla işləmək üçün qəbul edilmiş təcrübələrlə maraqlanıblar. Bu təcrübə “Cyber Capacity Building Program”-ıninkişafına səbəb olub. Onun köməyilə Kaspersky mütəxəssisləri bütün dünya ictimaiyyətinə praktiki alətləri öyrənməyə və infrastrukturun təhlükəsizliyini qiymətləndirmək üçün lazım olan bilikləri əldə etməyə kömək etməyə çalışırlar.
Kaspersky kodunu yalnız konsultasiya məqsədləri üçün təmin edir və ciddi giriş siyasətlərinə əməl edir. Bu o deməkdir ki, mənbə kodunu təhlil etmək sorğusu təhlükəsizlik səbəbi ilə rədd edilə bilər. Mənbə kodunun bütövlüyünü təmin etmək üçün Kaspersky ona dəyişikliklər etmək imkanını istisna edən, yəni yalnız onu oxumağı nəzərdətutan girişi təmin edir.
Şəffaflıq Mərkəzlərinin ziyarətçiləri şirkətin ev və müəssisə istifadəçiləri üçün əsas məhsulları üzrə təhlükəsiz proqram təminatının hazırlanması sənədləri və mənbə kodu, həmçinin proqram təminatının yenilənməsi versiyaları və təhlükənin aşkarlanması qaydaları ilə tanış ola bilərlər. Onlar həmçinin mənbə kodunu onun ictimaiyyətə açıq olan modullara uyğun olduğundan əmin olmaq üçün toplaya, proqram təminatının tərkibini (Software Bill of Materials, SBOM)yoxlaya, üçüncü tərəfin təhlükəsizlik auditinin nəticələrini (məsələn, SOC 2) və ISO 27001 sertifikatlaşdırmasını uzaqdan və birbaşa Şəffaflıq Mərkəzində təhlil edə bilərlər.
“Biz bu sənayedə məhsullarımızın mənbə kodlarını xarici təhlil üçün açan ilk şirkətik. Müştərilərimiz və tərəfdaşlarımız həllərimizin etibarlılığına və təhlükəsizliyinə əmin olmaq imkanı əldə ediblər. İndi mən potensial və mövcud müştəriləri, eləcə də tənzimləyiciləri yeni Şəffaflıq Mərkəzlərimizə dəvət etmək istərdim. Mənbə kodu, təhlükənin aşkarlanması qaydaları, proqram təminatı yeniləmələri, həmçinin şirkətin inkişafı və məlumatların emalı təcrübələri ilə bağlı bütün suallarınızı cavablandıracağıq”, -deyə Kaspersky-nin Biznesin İnkişafı Mərkəzinin Direktoru Andrey Yefremov bildirib.
Kaspersky İnformasiya Şəffaflığı üzrə Qlobal Təşəbbüsü Lab 2017-ci ildə təqdim edib. Onun çərçivəsində atılan son addımlar istifadəçi məlumatlarının emalı və saxlanması üçün infrastrukturun Latın Amerikası və Yaxın Şərqdən İsveçrəyə ötürülməsi, TÜV AUSTRIA tərəfindən şirkətin məlumat xidmətlərinin yenidən sertifikatlaşdırılması və “Cyber Capacity Building Program”-ın onlayn versiyasının işə salınmasıdır.
İnformasiya Şəffaflığı üzrə Qlobal Təşəbbüs haqqında ətraflı məlumatı buradan əldə edə bilərsiniz: https://www.kaspersky.com/transparency-center.

 

 

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!