MaraqlıMusiqiƏyləncə

Musiqi barədə maraqlı faktlar

Sevimli mahnı parçalarına qulaq asmaqdan zövq alırsınız? Musiqisiz bir gün belə olsun qala bilirsiniz? Məqaləmizi oxuyun və musiqi barədə maraqlı və təəccübləndirici faktlarla tanış olun. İlk baxışda hiss edilməsə də musiqinin insanlara çox böyük faydaları var. Səslər insanlara müxtəlif cür təsir edirlər.

Siz sevimli musiqi parçasına qulaq asdıqdan sonra özünüzdə hansı dəyişiklikləri hiss edirsiniz?

Musiqinin əyilmiş bitkiləri canlandırmaq xüsusiyyətinə malik olması barədə faktlar mövcuddur. Solmuş gülün yanında ucadandanışan yerləşdirib yüngül bir mahnı parçası səsləndirsək, o gül gözümüz önündə canlanacaq və hətta bəzi hallarda səs mənbəyinə tərəf əyiləcək.

Davamlı mahnıya qulaq asmaq karolmanın qarşısını alır. Təcrübə göstərir ki musiqiçilər heç bir zaman musiqi ilə məşğul olmayan insanlardan daha yaxşı eşidirlər.

Maraqlıdır ki musiqiyə qulaq asmaq ürəyi sağaldır – ürək tutmalarından və ürəkdə olan cərrahiyə əməliyyatlarından sonra reabilitasiya dövrü keçən xəstələrə kömək olur. Sübut olunub ki, xoşagələn mahnılar qan-damar sisteminin sağalmasına kömək edir.

İdman məşqləri zamanı musiqiyə qulaq asılarsa bu zaman effektivlik 20% artır. Bu nəticəni isə dopinq qəbulu ilə müqayisə etmək olar.

Müntəzəm olaraq musiqi dinləyən insanlar daha həssas və xeyirxah olurlar. Psixoloji eksperimentlər sübut edib ki, müntəzəm olaraq sevimli musiqiyə qulaq asan insanlar 5 dəfə daha çox xeyirxah işlərlə məşğul olur və digər insanlara kömək edirlər.

Musiqi eyni zamanda sizin yaddaşınızı möhkəmlədir və fitri istedadlarınızı artırır. Musiqiyə qulaq asmaqla daha çox nəticə əldə edə biliərsiniz.

Musiqi dinləmək əlavə olaraq ağrı hisslərini kütləşdirən sensor yollarını aktivləşdirməklə ağrını azaldır. Sevimli mahnı parçasını dinləməklə siz narahatlıq hisslərindən azad olaraq xoşagəlməz hadisələrdən uzaq olursunuz.

Bu sahədə dayanmadan çalışan tədqiqatçılar əmin edirlər ki, xoş bir mahnı parçası dinləməklə hər hansı bir dadbilmə hissləri 60%-a qədər artır.

Psixoloqların bildirdiklərinə görə isə, musiqi nəinki əhval-ruhiyyəni artırır, eyni zamanda qarşıya qoyulan məqsədlərə çatmağa və özünə olan inamı möhkəmləndirməyə kömək olur.

Sevimli mahnı parçasının dinləməklə insanlar cavabsıq qalmış sevgilərinin yaratmış olduğu psixoloji durumlara sinə gərərək yeni münasibətlərə köklənməyə hazır olurlar.

Maraqli.info

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!