Kaspersky yenidən son cihazların müdafiəsi üçün ən yaxşı həll istehsalçılarından biridir
Radicati Group beynəlxalq tədqiqat agentliyi Kaspersky-ni son cihazların müdafiəsi sahəsində aparıcı şirkətlər (Top Player) sırasına daxil edib. Kaspersky Optimum Security həlli ardıcıl olaraq doqquz il yüksək qiymətlər alıb. Azərbaycanda o, Biznes üçün Kaspersky EDR Optimal və Kaspersky Managed Detection and Response Optimum məhsulları ilə təmsil olunur.
Kaspersky-nin məhsullar “resursları qənaətlə istehlak edən yüksək məhsuldar texnologiyalar” kateqoriyasında beynəlxalq səviyyədə tanınıb. Onlar həyati vacib sistem proseslərini qoruyur və maşın öyrənməsinə əsaslanan aşkarlama və yaddaş qoruma mexanizmlərindən istifadə edərək məlumat sızmalarının qarşısını alır. Hesabatda həmçinin vurğulanır ki, şirkətin həlləri geniş spektrli əməliyyat sistemləri və virtual mühitləri dəstəkləyir, “heterogen infrastruktura malik təşkilatlarda təhlükəsizlik idarəçiliyini sadələşdirir”.
Qeyd olunur ki, şirkətin texnologiyalarından istifadə asandır. Hesabata görə Kaspersky Security Center təşkilatlara son cihazların statusu ilə bağlı bütün məlumatları vahid cihazda görməyə, zəifliklərin cəld qiymətləndirilməsini həyata keçirməyə və onları avtomatik olaraq düzəltməyə, inzibatçılar üçün hesabatlar əldə etməyə imkan verən hərtərəfli alətdir. Vahid həll daxilində prosesin yüksək səviyyədə avtomatlaşdırılması adəti əməliyyatları yerinə yetirərkən vaxta qənaət edir.
“Müasir təhlükə mənzərəsi, həmçinin hibrid və uzaqdan iş formatlarının artan populyarlığı kimi biznes meylləri etibarlı kibermüdafiə həllərinə ehtiyacı müəyyən edir. Təşkilatlara kiber riskləri azaltmağa kömək etmək üçün son cihazların müdafiəsini təmin edən məhsullarımızı daim təkmilləşdiririk. Son nəsil çoxqatlı mühafizənin əlavə proaktiv texnologiyalarla birləşməsi şirkətin infrastrukturunda bütün iş yerlərinin təhlükəsizliyini təmin edir. Şadıq ki, mütəxəssislər icması bizim bu sahədə səylərimizi yüksək qiymətləndirib”, – deyə Kaspersky-nin Azərbaycandakı rəsmi nümayəndəsi Müşviq Məmmədov qeyd edib.
Radicati Group-un “Son cihazların müdafiəsi: 2021-ci il üçün bazar qiymətləndirməsi” hesabatının tam versiyası ilə burada tanış ola bilərsiniz.