“Keşlə” növbəti transferini reallaşdırıb
Azərbaycanı UEFA Avropa Liqasında təmsil edəcək “Keşlə” növbəti transferini reallaşdırıb.
Frame.az klubun saytına istinadla xəbər verir ki, paytaxt təmsilçisi qapıçı Kamal Bayramovla mövsümün sonunadək müqavilə imzalayıb. Sonuncu klubu “Səbail” olan 34 yaşlı qolkiper Azərbaycan Premyer Liqasının 2019-2020-ci il mövsümündə 11 qarşılaşmada meydana çıxıb.
Qeyd edək ki, “Keşlə” UEFA Avropa Liqasının I təsnifat mərhələsində Albaniyanın “Laçi” klubu ilə üz-üzə gələcək. Avqustun 27-də “ASK Arena”da keçiriləcək oyun saat 21:00-da başlayacaq.