IdmanTəqdimat

“Khojaly Global Promotion-3” beynəlxalq peşəkar boks turniri keçirildi

“Xocalıya ədalət” şüarı altında “Khojaly Global Promotion -3” beynəlxalq peşəkar boks turniri keçirilib.

Mərdəkanda yerləşən “Dalğa Beach-Aqua Park” istirahət mərkəzində keçirilən yarışda idman ictimaiyyətinin məşhur simaları iştirak ediblər. Açılış mərasimində “Khojaly Global Promotion”  şirkətinin prezidenti, promouter Ehram Məcidov turnirin keçirilməsində əsas məqsədin Xocalı soyqırımını dünya idman ictimaiyyətinə tanıtmaqdan ibarət olduğunu deyib:

“Əsas məqsədimiz ilk növbədə Azərbaycanda bu idman növünü inkişaf etdrimək və xalqımızın başına gətirilən Xocalı soyqırımını dünya idman ictimaiyyətinə tanıtmaqdır. Təbii ki, bu yolda da bizim xüsusi təbliğat proqramımız var. Azərbaycan Gənclər və İdman Nazirliyinin dəstəyi ilə, eləcə də, Azərbaycan Kikboksinq Federasiyası, Azərbaycan Kunq-Fu Federasiyası, Azərbaycan Muay-Tay və MMA Federasiyası və Peşəkar Boks Federasiyasının idmançıları  yarışlarda iştirak edirlər. Turnirdə 7 peşəkar boksçumuz var. Burada Azərbaycan idmançıları ilə yanaşı Gürcüstan və İranı təmsil edən peşəkar boksçular da var. Qeyd edim ki, budəfəki yarışda peşəkar boksçularla bərabər, peşəkar K1, MMA, kunq-fu, muay-tay döyüşləri də olunur”.

Daha sonra yarışa start verilib və müxtəlif çəki dərəcələrində maraqlı görüşlər baş tutub. Peşəkar boksda Rüfət Hacıyev Elvin İmamqulunu, Nihat Abdullayev Ramazan Babayevi, Seymur İsayev Ağahüseyn Mirağayevi, Rəhim Əliyev Rüfət Nəbiyevi, Zabeh Şəmiyev Rauf Ağayevi məğlub edib. Nicat Həsənov – Pərvin Heydərov döyüşü isə heç-heçə olub.

Muay-tay yarışlarında Musa Nuruzadə Tural Əhmədovu, Əli Əliyev Məhər Əsədzadəyə qalib gəlib.

Kunq-fu yarışlarında Toğrul Mikayılov Emil Xəlilovu, İsrafil Şabanov David Cavaxianini məğlub edib.

MMA-da Elvin Abbasov Elməddin Quliyevə, K1-də Rauf Gərayzadə Hüseyn Dadaşova qalib gəlib.

Qeyd edək ki, turnir pandemiya şəraitində olduğu üçün açıq havada təşkil olunub. Döyüşlər Operativ Qərargah tərəfindən təyin edilən qaydalar çərçivəsində həyata keçirilib.

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!