AutoRisk

KIA Stonic modeli rəsmi olaraq təqdim olundu

Bir həftə bundan öncə dünya Hyundai Kona modeli ilə tanış oldu. Bu dəfə isə KiA debüt edərək yeni Stonic modelini rəsmi olaraq təqdim etdi. SUV modeli daha çox avropalıların “cibi” üçün nəzərə alınacaqdır. Modelin daxili interyerinin və xarici görünüşünün fotoları gizli saxlanıldı, ani olaraq mətbuata təqdim olundu. Bu zamana qədər modelin ölçüləri barədə dəqiq məlumat yoxdur. Təxmini olçülərə görə:

– Uzunluğu – 4140 mm

– Hündürlük  – 1520 mm

– Təkər bazası – 2580 mm

Qənaətə gələ bilərik ki, model “yüksəlmiş” xetçbekdir. Salonu avropa üçün nəzərdə tutulmuş yeni KİA Rio modelinin salonudur, yalnız dizaynerlər daha parlaq rənglərdən istifadə edərək fərqlilik yaratmaq istəyiblər. Model standard kompletaksiyasında arxa görüntü kamerası, naviqasiya, Android Auto, Apple CarPlay multimediya sistemi ilə təchiz olunmuşdur. Oturacaqlar dəri ilə örtməsi, 3 pilləli isidilməsi nəzərdə tutulmuşdur.  Qeyd edək ki, avtonun xarici rənglənməsi də 2 rəngdən ibarət olacaqdır.

Mühərriklərin seçimini zəngin adlandırmaq olmaz. Təklif olunan mühərriklər :

– 1300 kub/sm, 84 at gücü

– 1400 kub/sm, 99 at gücü

– turbo 1000 kub/sm, 120 at gücü

– turbodizel  1600 kub/sm

Yalnız 120 at gücü olan mühərrikdə 7 pilləli avtomatik sürət qutusu, digər mühərriklərdə isə mexaniki sürət qutusu ilə istehsal olunacaqdır. Maraq burasındadırki KİA Stonic modelində tam ötürücü (4×4) olmayacaq. Halbuki KIA Kona modelində tam ötürücülüdür. Ancaq Stonic modelində “ağıllı” stabilləşdirmə vardir ki, 2 çalışan təkərlər digərlərini də özünə cəlb etmə, kompensasiya mexanizmi quraşdırılıb.

Avtomobilin Frankfurtda keçiriləcək avto sərgidə geniş miqyaslı təqdimatından sonra satışa çıxacağı bildirilir.

Frame.az Autorisk Azerbaijan 

Orkhan Alifsoy

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!