Kişilər bu yaşdan sonra xoşbəxt olurlar
İngiltərədə aparılan araşdırmalar nəticəsində məlum olub ki, kişilər əsasən 37 yaşdan sonra xoşbəxt olurlar.
Bu yaşdakı kişilərin çoxu evləndikləri üçün xoşbəxt olduqlarını bildiriblər.
37 yaşa qədər kişilər əsasən məcaralar axtarışında olur, qadınlara, maşınlara, içkiyə və digər əyləncələrə meyil edirlər. Lakin bu yaşdan sonra kişilər mehriban və isti ailəyə, övlad sahibi olmağa daha çox can atırlar.
Kişilərin 43 faizini ata olmaq, 35 faizini evlənmək, bəziləri azərkeş olduğu komandanın, bəzisinin isə milli komandanın qələbəsi xoşbəxt etdiyini etiraf edib. Bəziləri isə yeni ev aldıqda xoşbəxt olduğunu bildirib.