EventsFestivallarTəqdimat

#Kitabfest: “TikTok”da ədəbiyyata dair videolar 9 milyondan çox baxış toplayıb

“TikTok” Azərbaycanda ilk genişmiqyaslı #kitabfest ədəbiyyat layihəsinə yekun vuraraq, qalibləri müəyyən edib. Bu həştəq ilə kitablar haqda paylaşılmış videolar artıq 9 milyondan çox baxış toplayıb. Layihə #BookTok qlobal fenomenindən ilhamlanıb və Bakıda keçirilən Milli Kitab Sərgisinə təsadüf edib.

May ayında, qısa videolar izləmək və yaratmaq üçün aparıcı platforma olan “TikTok” Bakıdakı Milli Kitab Sərgisinin təşkilatçıları ilə birgə Azərbaycandakı istifadəçiləri ölkənin böyük virtual kitab klubuna #kitabfest həştəqi altında qoşulmağa dəvət etdi. Ölkənin hər bir yanından “TikTok” istifadəçiləri kitab tövsiyələrini, sevimli əsərlərindən parçaları, kitab alışından görüntüləri, Bakıdakı Milli Kitab Sərgisindən təəssüratlarını və reportajlarını paylaşmış, öz şəxsi kitab kolleksiyalarını nümayiş etdirdi və hələ də ədəbiyyatla bağlı müzakirələr aparmağa davam edirlər.

Layihənin əhatə dairəsi Azərbaycandan olan istifadəçilərin mütaliəyə artan marağını nümayiş etdirir: #kitabfest həştəqli videolar artıq ümumilikdə 9 milyondan çox baxış toplayıb və onların sayı artmaqdadır.

Layihəyə məşhurlar da dəstək olublar: məsələn, aktyor və yumorist Bəhram Bağırzadə @bahram_bagirzade hamını sözügedən təşəbbüsə qoşulmağa dəvət edib, populyar müğənni, Azərbaycanın “Eurovision 2014” Mahnı Müsabiqəsində təmsilçisi Dilarə Kazımova @dilarakazim izləyicilərinə öz sevimli kitablarından danışıb.

Layihədə iştirak edən bütün istifadəçilər arasında ən kreativ videoların müəllifləri müəyyən edilib və qaliblər açıqlanıb:

@userrnamets adlı müəllif Bakıda keçirilən Milli Kitab Sərgisini haqda təəssüratlarından danışıb və orada nələr alına biləcəyi barədə qısa video paylaşıb.

@worthlesswonderings adlı müəllif  öz ev kitabxanasının estetikasını nümayiş etdirib və ümumiyyətlə kitab video məzmununda aktiv paylaşımlar edir. 

@nik.library adlı müəllif kitab sərgisində əsasında filmlər çəkilmiş əsərləri tapıb.

@fira_pianistka öz şəxsi tövsiyələri ilə kitabları ətraflı nümayiş etdirib.

@sabinahajiyeva4 müxtəlif ölkə müəlliflərindən ibarət kitab kolleksiyasının bir hissəsini nümayiş etdirib.

Qaliblərin hər biri layihə tərəfdaşlarından dəyərli mükafat qazanaraq, Ali&Nino @ali_and_nino mağazalar şəbəkəsinə 100 manat dəyərində kupon əldə edəcəklər.

“Azərbaycanda maarifləndirici məzmunun məşhurlaşdığını görmək bizi çox sevindirir. Getdikcə daha çox istifadəçi platformaya təkcə əhval-ruhiyyəsini qaldırmaq üçün deyil, həm də dünya görüşünü genişləndirmək və ya maraqlı və faydalı nələrsə paylaşmaq üçün gəlir. Bizi çox ilhamlandırır ki, #kitabfest sayəsində ölkənin hər yerindən olan istifadəçilər ədəbiyyata olan sevgilərini bölüşmüş, sevimli kitab tövsiyələri haqda fikir mübadiləsi aparmış və həmfikir insanlar tapa bilmişlər. Əminəm ki, #kitabfest yeni ədəbi kəşflərin mənbəyinə çevriləcək və ən geniş auditoriyanı oxumağa ruhlandıracaq” – deyə,“TikTok”un Şərqi Avropa və Mərkəzi Asiya üzrə əməliyyatlar departamentinin rəhbəri Ekaterina Blinets qeyd edib.

#kitabfest layihəsi Azərbaycanda mütaliə tendensiyasına dəstək məqsədi ilə başladılıb və dünya ədəbiyyatsevərlərini bir araya gətirən #BookTok qlobal mədəni fenomenindən ilhamlanıb. #BookTok həşteəqi altında olan videolar artıq TikTok-da 150 milyard baxış toplayıb. Videolarda müxtəlif ölkələrdən olan istifadəçilər oxuduqları kitablarla bağlı tövsiyyələrini və təəssüratlarını bölüşürlər. #BookTok həm də artıq kitab sənayesində də öz təsirini göstərərək, yazıçılara populyarlıq qazanmağa və kitabların bestsellerlər siyahısına düşməsinəyə dəstək olur.

 TikTok haqqında

TikTok – qısa videoların hazırlanması üçün aparıcı tətbiqdir. Missiyamız insanları yaradıcı olmağa ruhlandırmaq və onlara sevinc bəxş etməkdir.

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!