Frame LifeMaraqlı

Kompüterdə ilk oyun

Kompüterdə ilk oyun Spacewar hesab edilir. Onun süjetində kosmosda kosmik gəmilərin savaşları yer alır. Bu oyun bir neçə ay ərzində işdən sonra Massaçusets texnoloji institutunun bir qrup işçiləri tərəfindən hazırlanır. Qrupa Martin Qretç və Stiv Rassel başçılıq edirdilər. Onlar ilk dəfə universitetin turist klubunda tanış olurlar və hər ikisinin elmi fantastikaya marağı olur.

1962-ci ilin əvvəllərində onlar çox da mürəkkəb olmayan bir program hazırlayırlar, bir qədər keçdikdən sonra isə bu program uçan və bir-birinə atəş açan iki raketdən ibarət mini oyuna çevrilir. Spacewar o dövr üçün yeni sayılan PDP-1 kompüterində sınaqdan keçirilir.

Dairəvi formada olan katod displeyə döyüşün baş verdiyi xəritə ötürülürdü – bu da səmanın bir hissəsindən ibarət idi və Kembric üzərində yerləşən səmadakı ulduzların yerləşməsini əks etdirirdi. İki rəqib coystik və ya klaviatura vasitəsilə öz kosmik gəmilərini idarə edərək atəş aça bilirdilər. Yanacaq və hərbi sursat məhdud idi. Uçan mərmidən yayınmaq üçün ulduz ətrafına onun cazibəsi hesabına dövr etmək və ya “hiperhoppanma” həyata keçirmək lazım gəlirdi. Bu zaman kosmik raket ekrandan yox olub istənilən başqa yerdə peyda olurdu.

Bu oyun heç bir gəlir gətirmədi, lakin onun sayəsində yaradıcıları proqramçılar arasında şöhrət qazandılar. Spacewar oyununun hazırlanmasında iştirak edənlər indiyədək kompüterlərlə bağlı işlər görürlər. Bu siyahıya bir neçə proqramçı, hardware istehsalçıları və hətta bir professor daxildir. Şayiələrə görə Ken Tompsonun məhz Spacewar oyununda iştirak etmək arzusu sonradan onun UNİX kompüter sisteminin əsasını qoymağa vadar edir, lakin bu həqiqət olmaya da bilər.

Frame.az

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!