EventsMədəniyyətSərgi

“Konstantin Brankuzi – Zaman üzərində tağ” adlı fotosərgi keçiriləcəkdir.

Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının Muzey-Sərgi Kompleksinin sərgi salonlarında 15 yanvar saat 11:30 tarixində Azərbaycanda Rumıniya Mədəniyyət Günlərinin qeyd edilməsi ilə əlaqədar olaraq Rumın heykəltaraşı Konstantin Brankuzinin (1876-1957) işlərinin fotolarından ibarət “Konstantin Brankuzi – Zaman üzərində tağ” adlı fotosərgisi keçiriləcəkdir.
Sərgi Rumıniyanın Azərbaycandakı Səfirliyi və Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının birgə təşəbbüsü ilə həyata keçirilir. Sərginin əsas məqsədi Azərbaycan və Rumıniya arasındakı mədəni əlaqələri möhməkləndirmək və daha da inkişaf etdirməkdir.
XX əsr heykəltəraşlığının əsas xadimi və abstrakt formanın yaradıcısı olan Kosntantin Brankuzi hazırda müasir heykəltəraşlığın atası hesab edilir. Heykəltəraşlıq, rəsm əsəri və qrafika sahəsinə müasir forma anlayışının gətirilməsində onun yaradıcılığının dərin təsiri olmuşdur. Onun əsərləri Rumın xalq sənətinin sadəliyi ilə Parisin bədii avanqard atmosferinin zərifliyini özündə birləşdirən formaların eleqantlığı və materiallardan həssaslıqla istifadə edilməsi ilə seçilirdi. Brankuzi materialların vertikallığı, horizontalığı, çəki və sıxlığı, eləcədə işıq və məkanın doğru balanslaşdırılmasına riayət edilməsi ilə xarakterizə edilən əsərlər yaradırdı.
Brankuzinin istifadə etdiyi materiallar – əsasən mərmər, daş, bürünc, taxta və metal – onun yaratdığı spesifik formaların əsasını təşkil edirdi. O, öz əsərlərinə xüsusu diqqət ayırır, onların üzərində ətraf mühitə sonsuz çalarlıq verə biləcək parıltıya nail olmaq üçün detalların hər hissəsini diqqətlə hamarlayaraq buna günlərini sərf edirdi – “sanki onlar kümə içərisindən çıxıb mükəmməl və tam mövcüdluğa nail olmuşdular”.
Sərginin açılışı 15 yanvar saat saat 11:30-da Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının Muzey-Sərgi Kompleksində (H. Əliyev pros. 24) baş tutacaqdır.

Frame.az

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!