GözəllikMəsləhət

Kosmetik vasitələri neçə müddət saxlamaq olar?

Bir çoxlarınız kosmetik əşyaların saxlanma müddəti haqqında heç bir fikrə malik deyilsiniz. Məsələn: Tuşu aldıqdan sonra onu 2 hətta 5-6 ay da saxlayanlar var. Lakin, kosmetikanın düzgün qaydada saxlanma müddətini bilmək vacibdir. Sizə bəzi kosmetik vasitələrini nəqədər saxlamaq barədə məsləhətlərimiz olacaq.

2-3 ay
Tuş
Üz üçün pilinq və maskalar
Çəngə (moçalka)

Bir neçə aydan sonra həmin bu vasitələrin üzərinə çoxlu bakteriyalar yığılır və xeyridən çox zərəri dəyir.

6-12 ay
Maye şəklində olan göz layneri
Tonal krem
Konsiler
Gözətrafı üçün krem
Zərdab
Yuyunmaq vasitəsi

Artıq 6 aydan sonra bu vasitələr effektini itirməyə başlayır.

1-1.5 il

Dodaq üçün parıldadıcı
Krem şəklində olan göz tonları
Üz üçün krem
Qaraldıcı krem
Duş geli
Qaş üçün gel

Bu vasitələri qaranlıq yerdə saxlamaq məsləhətdir. Günəş şüası düşdüyü zaman effektini itirir və dəriyə ziyanlı olur.

2 il

Göz və dodaq üçün karandaş
Dodaq boyası
Dırnaq boyası
Pudra şəklində olan göz tonları və ənlik
Bankada olan bədən losyonları
Skrab (bankada)

3 il

Şampun və kondisioner
Bədən üçün losyon (butulka)
Ətir
Saç üçün lak

Bu vasitələr digər vasitələrlə müqayisədə daha uzunmüddətli qala bilir. Ağızları möhkəm bağlanmalı və günəş şüasından uzaq tutulmalıdır.

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!