Kriştianu Ronaldo daha bir xeyriyyə aksiyasına imza atmağa hazırlaşır

Portuqaliya yığmasının kapitanı Kriştianu Ronaldo daha bir xeyriyyə aksiyasına imza atmağa hazırlaşır.

“Real Madrid” klubunun ulduz futbolçusu bu dəfə Quveya şəhərində itlər üçün təşkil olunmuş sığınacağa kömək edib. 34 yaşlı Liliana Santos’un açdığı sığıncaqda 80 it saxlanılır.

Liliana müxtəlif xərcləri ödəyə bilmədiyi üçün Ronaldo’ya müraciət edib. Kriştiano isə öz növbəsində sığınacağa imzalı formasını hədiyyə edib.

Forma hərraca çıxarılacaq və əldə olunan maliyyə istifadə olunacaq.

Parvin Bayramov

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloggers like this: