Laçın rayonunun “Azersky” peykindən əldə edilmiş təsviri

Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi və şücaətli Ordumuz sayəsində Azərbaycan bayrağı 28 ildən sonra yenidən Laçın rayonunda dalğalanır.

Frame.az xəbər verir ki, “Azərkosmos” ASC erməni işğalından azad olunduqdan sonra Laçın rayonunun “Azersky” peyki vasitəsilə çəkilmiş təsvirlərini təqdim edib.

Laçın rayonu mühüm coğrafi mövqeyə malikdir: rayon ötən illər ərzində Ermənistanı Qarabağdakı separatçılar ilə birləşdirdiyi üçün düşmən tərəfdə böyük önəm daşıyırdı.

Laçında son illər ərzində Ermənistan tərəfindən qeyri-qanuni məskunlaşma işləri aparılıb. Laçın Tarix Muzeyindən Azərbaycanın mədəni irsini əks etdirən kolleksiyalar talan edilib. Təbii sərvətlərlə zəngin Laçın rayonunda olan Turşsu, Qaladərəsi, Nağdalı kimi müalicəvi bulaqlar, VI əsrə aid Alban Ağoğlan məbədi, XIV əsrə aid Məlik Əjdər türbəsi və digər mədəni abidələrə qarşı vandalizm əməlləri törədilib.

Bu gün torpaqlarımızın işğaldan azad olunması ilə Ordumuz gələcək nəsillərə nümunə olacaq zəfər çalıb.

Eşq olsun müzəffər Azərbaycan Ordusuna!

Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloggers like this: