Lavaş haqqında maraqlı fakt
Mədəniyyət və Turizm nazirliyinin, Xarici İşlər nazirliyinin, Heydər Əliyev Fondunun, Azərbaycan Milli Kulinariya Mərkəzinin, Azərbaycan Milli Kulinariya, Assosasiyasının, Azərbaycan Respublikasının YUNESKO yanında Daimi Nümayəndəliyinin səyləri nəticəsində “Lavaş, Katırma, Jupka, Yufka – Nazik çörəyin hazırlanma və paylaşma mədəniyyəti” YUNESKO-nun Qeyri-maddi Mədəni İrs üzrə Reprezentativ siyahısına daxil edilib.