Cəbhə bölgəsində həssas qruplarla bağlı yeni layihəyə başlanıb

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi BMT-nin İnkişaf Proqramı ilə birlikdə “Azərbaycanın Füzuli, Ağcabədi və Tərtər rayonlarında əhalinin həssas qruplarının erkən bərpa və icma dayanıqlığının təmin edilməsi” layihəsinin başlanması ilə bağlı videokonfrans keçirib.

Komitə sədri Bahar Muradova rəhbərlik etdiyi qurumla BMT-nin İnkişaf Proqramı arasında uzunmüddətli əməkdaşlığın mövcud olduğunu bildirib və bu layihənin uğurla icra olunacağına əminliyini ifadə edib.

O bildirib ki, Ermənistanla Azərbaycan arasında təxminən iki ay davam edən müharibə 100 mülki vətəndaşın həyatını itirməsi və yüzlərlə insanın yaralanması, psixoloji travma alması, eyni zamanda onların yaşamaq üçün əsas vasitələrdən məhrum olması ilə nəticələnib: “Dövlət tərəfindən vəziyyətin ilkin qiymətləndirilməsi və hərbi əməliyyatlar nəticəsində dəymiş zərərin hesablanması istiqamətində müvafiq iş aparılır. Qeyd olunub ki, əhalinin həssas təbəqəsini təşkil edən qadınlar, uşaqlar və əlilliyi olan şəxslərin çətinliklə mübarizə apardığı bir vaxtda COVİD-19 pandemiyası bu çətinliyi daha da ağırlaşdırır. Yeni layihə nəinki qadınlara, müharibədən zərər çəkən hər kəsə, o cümlədən uşaqlara və əlilliyi olan şəxslərə də yardım göstərəcək. Layihə çərçivəsində müharibə zamanı zərər çəkmiş şəxslərə sosial-iqtisadi dəstək, o cümlədən qazanc imkanlarının artırılması, psixoloji və biznes məsləhətləri xidmətlərinin göstərilməsi təmin ediləcək”.

Frame.az

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloggers like this: