EventsFestivallarSərgiTəqdimat

Luvr muzeyində azərbaycanlı rəssamlarla görüş olub

Luvr muzeyinin Karusel salonunda 21-ci “Art Shopping” beynəlxalq müasir incəsənət sərgisi davam edir.

Frame.az xəbər verir ki, Azərbaycanın Fransadakı səfiri Rəhman Mustafayev Karusel salonunda azərbaycanlı rəssamlarla görüşüb, onların pavilyonlarına baş çəkib, sərgilənən əsərlərə baxıb.

Görüşdə diplomat Heydər Əliyev Fondunun Azərbaycan mədəniyyətinin Fransada təşviqi istiqamətində həyata keçirdiyi layihələri xatırladıb. Belə sərgilərin əhəmiyyətinə toxunub, bu cür tədbirlərin mədəniyyətimizin, rəssamlarımızın ölkəmizin sərhədlərindən kənarda tanınmasına böyük töhfə verdiyini qeyd edib.

Söhbət zamanı gələcəkdə belə sərgilərə daha çox rəssamların cəlb edilməsinin vacibliyi vurğulanıb. Rəssamlar sərgilənən əsərləri barədə məlumat veriblər.

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!